GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan Prezidentinin köməkçisindən sensasion açıqlamalar: "...Müharibə qaçılmazdır!" (Video)

Azərbaycan Prezidentinin köməkçisindən sensasion açıqlamalar: "...Müharibə qaçılmazdır!" (Video)

Tarix: 31-08-2015, 19:11 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan Prezidentinin köməkçisindən sensasion açıqlamalar: "...Müharibə qaçılmazdır!" (Video)

Bu həftə "ANS" televiziyasında Mir Şahinin növbəti qonağı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov olub.

Dövlətin bir çox məsələlərə münasibətinin kifayət qədər aydın şəkildə ifadə edildiyi həmin müsahibəni Strateq.az oxucularına təqdim edirik:



- Əli müəllim, seçki ərəfəsi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bütün dövrlərdə olduğu kimi, Azərbaycanda bu dəfəki seçkiqabağı vəziyyət sabitdir, cəmiyyətin vətəndaş təşəbbüsləri kifayət qədər aktivdir. İctimai-siyasi institutlar arasında dialoq və anlaşma mühiti mövcutdur. Bu mühitlə də, Allah qoysa, builki seçkiləri başa vuracağıq. İnşallah!

- Azərbaycanda vəziyyət, hətta təəccüb doğuracaq dərəcədə sakitdir. Adama elə gəlir ki, seçki 6-7 aydan sonra olacaq...

- Əlbəttə ki, bu sakitliyin də əsasları var. Əsas odur ki, cəmiyyətdə bir barış mühiti mövcutdur. Həm siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir. Və bu konstruktivlik platformasında da münasibətlər sabit və barış əhval-ruhiyyəlidir.

- İndi bu beynəlxalq dostlarımız, müşahidəçilər nə deyirlər? Gələcəklər seçkiyə baxmağa, yoxsa...?

- Bizim seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir, Azərbaycan xalqıdır. Biz seçkini də ona görə keçiririk ki, bu, xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini, prezidentini, eləcə də özünüidarəetmə qurumu olan bələdiyyə üzvlərini seçir. Və hər dəfə seçki keçirəndə biz ilk növbədə Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş etdirdiyi mövqeyə sökənirik. Amma Azərbaycan beynəlxalq aləmin bir ayrılmaz tərkib hissəsidir. Biz beynəlxalq aləmdə - BMT-dən başlayaraq, Türk Dövlətləri Birliyinə qədər müxtəlif regional və beynəlxalq qurumlarda təmsil olunuruq, tərəfdaşlarımız var. Bizimlə beynəlxalq aləmdə dünya siyasətini formalaşdıran strukturlar var. Ona görə də biz yürütdüyümüz siyasəti, keçirdiyimiz seçkiləri, xüsusən də ümummilli mahiyyət kəsb edən məsələləri istəyirik ki, beynəlxalq aləm də görsün, müşahidə eləsin və öz qiymətini versin. Biz hansı səviyəyə gəlib çatmışıq, nəyimiz yaxşıdır, nəyimiz çatmır, nələrə hələ də üzərində işləməliyik. Odur ki, biz dəvət etmişik və edəcəyik. Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq MSK, Milli Məclis və digər qurumlar öz tərəfdaşlarını bu seçkiyə dəvət edəcəklər. Hesab edirəm ki, onlar da bu dəvəti qəbul eləcəklər və Azərbaycanda keçirilən seçkilərə öz qiymətini verəcəklər. Bir daha qeyd edirəm ki, bizə ilk növbədə Azərbaycan xalqının rəyi maraqlıdır, amma eyni zamanda beynəlxalq rəydən də biz imtina etmək fikrindən deyilik.

- Mətbuata sızan bəzi məlumatlara görə, guya ki, ölkənin əsas siyasi, əslində hərəkətverici qüvvəsi olan Yeni Azərbaycan Partiyasının seçkilərə getmək üçün lazım olan siyahısı hazır deyil...

- Düşünmürəm ki, bunun əsası var. Yeni Azərbaycan Partiyası (YAP) əvvəla öz sıralarında kifayət qədər sabit münasibətlər formalaşdıra bilib. Bu münasibətlərdən çıxış edərək, onun həyat keçirdiyi hər bir aksiya, bir qayda olaraq, ciddi təlatümlər törətmir, əksinə sosial anlayışla qarşılanır, cəmiyyət tərəfindən müvafiq olaraq dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının budəfəki seçki siyahısı da müvafiq olaraq partiya sturukturları tərəfindən artıq hazırlanıb. Partiyada idarəçilik demokratik normalara sökənir. Aşağı təşkilatlardan namizədlərin irəli sürülməsi ali quruma qədər, partiyanın idarə heyətinə qədər mərhələlər üzrə müzakirə olunur. Bundan sonra partiyanın idarə heyəti bu qərarı verir. Qərar veriləndən sonra elan olunur. Və elan olunandan sonra artıq bütün cəmiyyət üçün bu namizədlərin üzərində işləmə prosesi başlayır. Həmin siyahı partiyanın idarə heyətində səsə qoyularaq cəmiyyətə təqdim olunacaq. Hesab etmirəm ki, bunu əsasında narahatlıq və yaxud da hansısa, panika yarada biləcək bir məqam var.

- Seçki ilində adətən müxtəlif təbəddülatlar baş verir, kataklizmlər olur, daxildə nələrisə tərpətmələrə cəhdlər, meyllər olur. Etiraf edək ki, Mingəçevridə kütləvi etiraz aksiyası baş verdi və cənab prezident də bu hadisəni törədən səbəbləri öz nəzarəti altına götürdü. Əslində, orda nə baş vermişdi və indi bu saat orda gedən prosesləri siz necə qiymətləndirirsiz?

- Əlbəttə, könül açan hadisə deyildi. Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi, - hansı səbəbdən olursa-olsun, - yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olsun, istər ehtiyatsızlıqdan olsun, istər məsuliyyətsizlikdən olsun, istərsə də ortada cinayət faktı olsun və yaxud olmasın... Əlbəttə, mövcud qanunvericiliyə müvafiq şəkildə araşdırma gedir və bu iş cənab prezidentin nəzarəti altındadır. Buna müvafiq qiymət veriləcək. Günahkarlar cəzasını alacaq. Əlbəttə, dünyasını dəyişmiş insanın həyatını geri qaytarmaq hələ heç kimə nəsib olmayıb. Ona görə də, düşünürəm ki, bu hadisə yaxşı hal deyildi. Bu, olmamalı idi. Amma baş verib. Heç bir cəmiyyət, heç bir dövlət, heç bir insan bu tipli hallardan sığortalanamayıb. Odur ki, belə halların təkrar baş verməməsini müəyyən eləmək bu dövlətin bir nömrəli vəzifəsidir. Dövlət çalışmalıdır ki, belə hallar olmasın. Olanda da dərhal araşdırılsın və bunun səbəbləri dərhal aradan qaldırılsın. Ona görə də mən bunun hüquqi təfsilatına varmaq istəmirəm. Amma təəssüflər olsun ki, bu hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevrin şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insann narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdır, digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamlıdır. Bu anlamda, əlbəttə, dəyərləndirilir, qiymətləndirilir. Cənab prezidentin nəzarəti altında Daxili İşlər Nazirliyi və prokurorluq orqanları bu araşdırmanı aparır, günahkarlar layiqli cəzalarını alacaqlar, mərhumun qohumları da bunu bilsin. Azərbaycan və Mingəçevir şəhərinin ictimaiyyəti də bilsin ki, Azərbaycanda heç bir cinayət və ya məsuliyyətsizlik, yaxud da ki, digər hadisələr izsiz və cəzasız qalmayıb. Eyni zamanda bu da qalmayacaq.

- Təbii ki, Azərbaycan dünyanın tərkib hissəsidir. Dünyada gedən bütün bu proseslər bu və ya digər dərəcədə bizim ölkəmizə, dövlətimizə, bizim vətəndaşımıza toxunmadan mümkün deyil. Neftin qiyməti düşürsə və ya qalxırsa, biz bunu hiss edirik. Rusiya və Çin valyutası ətrafında gedən dinamik proseslər bizim həyatımızda bu və digər dərəcədə öz əksini tapır. Hətta cəmiyyətdəki narahatlıqları siz bilirsiniz. Dərhal valyuta ətrafında nəsə baş verən kimi insanlar manatın aşağı yuvarlanacağını, dolların qalxacağını düşünür - biri manat, digəri isə dollar dalınca qaçır. Məsələ əslində kifayət qədər başadüşüləndir. Cəmiyyət öz gələcəyinə həsas yanaşmağa borcludur. Hətta belə bir söhbətlər də gəzir ki, indi manatla dollar arasında gedən prosesləri müəyyən mənada seçkilərdən sonraya təxirə salıblar – seçkilərdən sonra nələrsə olacaq. Amma bütün hallarda nə dərəcədə əsaslıdır belə narahatlıqlar?

- İqtisadi siyasət, valyuta mübadiləsi, enerji daşıyıcılarının qiyməti, ondan irəli gələrək qlobal dünya iqtisadiyyatının vəziyyəti, Çin kimi dünya iqtisadiyyatının böyük bir qismini təşkil edən nəhəng bir ölkədə baş verən iqtisadi, eləcə də maliyyə prosesləri, devalvasiya, Amerika Birləşmiş Ştatlarında qalxma və enmələr, Avropa Birliyindəki proseslər, Yunanıstanda baş verən böhranlar, bir vaxtlar sabitlik adası kimi dəyərləndirilən Şimali Afrikadakı çaxnaşmalar, əhalinin öz yurd-yuvasını tərk edib Avropaya miqrasiya etməsi, bunun qarşısını almaq cəhdləri, bundan irəli gələn proseslər – bütün bunlar bəşəriyyətdə yaşayan hər bir insana təsir edir, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyə bilmir. Biz nə qədər çalışsaq ki, Azərbaycanın iqtisadiyyatını, siyasətini, sosial həyatını, maliyyə sabitliyini və digər məsələləri beynəlxalq aləmdən tam azad şəkildə inkişaf etdirək və onlardan asılılığı azaldaq, istər-istəməz, qlobal dünyanın bir tərkib hissəsi kimi, Azərbaycan da bu proseslərdən yan keçə bilmir. Ona görə də, əlbəttə, valyuta ətrafında son zamanlar yaranmış ajiotajı da biz anlayırıq. Vətəndaşın öz maliyyə vəsaitlərini, öz pul yatırımlarını və yaxud da pul vəsaitlərini qorumaq cəhdlərini də düzgün anlayırıq və dəyərləndiririk. Dövlətin vəzifəsi ondan ibarətdir ki, bir tərəfdən hər bir vətəndaşının mövcud vəsaitlərinin qorunmasına yardımçı olsun. Onların düzgün yerləşdirilməsi, düzgün idarəsi, devalvasiya və digər proseslərdən asılılığın aşağı salınması ilə məşğul olsun. O biri tərəfdən özünün davamlı inkişafını təmin eləsin. Özünün maliyyə, iqtisadi, sosial həyatını davamlı və ayrı-ayrı proseslərdən asılı vəziyyətdən xilas eləsin. Odur ki, dövlət olaraq biz hər bir vətəndaşdan az düşünmürük. Prezident Administrasiyası hər bir vətədaşın narahatlığını paylaşır, bölüşür. Cənab prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır, onun maraqları dayanır və prezidentin bütün çıxışlarında qırmızı xətlə bir cümlə keçir ki, "mən istəyirəm, Azərbaycanda heç bir problem olmasın, hər bir vətəndaş layiqli həyat tərzi ilə təmin olunsun". Odur ki, bu tipli proseslər elə-belə, kortəbii baş vermir.

Bilirsiniz ki, fevral ayında baş verən devalvasiyadan vətəndaşlarımız nə qədər dövlətdən, Milli Bankdan narazı oldu ki, dövlət bunu qarşısını ala bilərdi. Amma digər bir tərəfdən də dövlət həm də özünü qorumalıdır. Dövlət strateji bir obyekdi. Sadəcə olaraq bizi əhatə edən ölkələrə nəzər yetirsək, görərik ki, Azərbaycandan qat-qat zəngin olan Rusiya, Qazaxıstan və Belarusda devalvasiya hansı dərəcədə getdi? Mən hələ Ermənistan kimi cırtdan dövlətləri demirəm. Nələr baş verdi, biz bunu şahidi olduq. Bizdə cəmi 30-35 faiz arasında devalvasiya getdi. Hazırda Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, vətəndaşların, eləcə də Milli Bankın və onun strukturunun da maraqları təmin olunsun. Bütövlükdə, Azərbaycan dövləti hər bir kəsin dövlətidir və bu dövlətin maraqları qorunsun. Hesab edərəm ki, ajiotaja əsas yoxdur. Nəinki bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollardan, dövlətin vacib atributlarından birdir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah sabit də qalacaq!

- Amma bu sabitlik dövlətin maraqlarının itkisi hesabına başa gəlməməlidir. Çünki Azərbaycanda istehsal olunan malların qiyməti əsaslandırılmamış şəkildə artmamalıdı. Çünki Avropa məhsulları ilə müqayisədə biz bilirik ki, nə qədər rəqabətə qabilik və bütün bunlar da öz ziyanını dövlətimizə vurmamalıdır.

- Bunula tam bir şəkildə razıyam. İqtisadiyyatımız bazar iqtisadiyyatıdır. Amma dövlət öz vətəndaşının maraqlarını bütün vasitələrlə qorumalıdır. Azərbaycan dövləti də çalışır ki, bazarı tənzimləsin. Nəyə görə tənzimləsin? Bazar iqtisadiyyatı şəraitində əsasən sosial siyasət çətin qorunma dileması qarşısında qalır. Dövlət o immuniteti artırmaq üçün özünün bazar iqtisadiyyatında cətin uyğunlaşan sahələrinin maraqlarını təmin eləmək üçün bu işə müdaxilə etməlidir.

- İndi ənənəvi suala qayıdaq: Azərbaycanla Qərb münasibətlərinə... Azərbaycanla Qərb arasında çox qəribə münasibətlər var. Elə bil ki, qısaqapanmalar olur. Gah yanır-sönür, gah da qaranlıq-aydınlıq olur. İndi qaranlıqdır, yoxsa aydınlıqdır? Bəzən onların nümayəndələri bura gəlib-gedəndən sonra adamda elə təəssürat yaranır ki, deyəsən, hər şey düzəldi. Amma bir müddət keçəndən sonra bizim ali orqanlarımızın birində kəskin məqalə gedir və məlum olur ki, bu məqalə artıq hansısa bizim haqqımızda yazılan kəskin məqaləyə cavabdır.

- Bir jurnalist kimi siz dəfələrlə bu mövzuya toxunmusunuz. Özünə rəva görmədiyini başqasına görməməlisən. Məsələn, Azərbaycanda bu yaxınlarda bir jurnalist döyülərək qətlə yetirildi. Qətilin iştirakçıları isə həbs olundular. Cənab prezident bu işə xüsusi olaraq müdaxilə elədi. Bir nəfər jurnalisti döydüklərinə görə, hazırda altı nəfər həbs edilib. Hələ məhkəmə presesi zamanı nələr ortaya çıxacaq, hər şey aydındır. Amma açıq ekranda, ictimaiyyətin gözü önündə dünyanın ən güclü, ən təhlükəsiz, fövqəldövlətində, dünya nizamını müəyyən edən bir ölkədə canlı efir gedə-gedə bir nəfər içəri daxil olur və iki nəfər jurnalisti qətlə yetirir. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan daxil, dünyanın heç bir ölkəsi cinayətdən sığortalanmayıb. Cinayətkarı dünyanın heç bir ölkəsi indiyə qədər tam şəkildə cəmiyyətdən təcrid eləyib cinayətkarlığın qarşısını yüzdə-yüz ala bilməyib. Bu, hər yerdə baş verən prosesdir. Əsas məsələ ondan ibarətdir ki, dövlət bu işə lazımi adekvat qiymət verməlidir, adekvat yanaşma nümayiş olunmalıdı, çinayətkarın axtarışı istiqamətində düzgün tədbirlər müəyyən olunmalıdır və cinayətkar tapılıb cəzalandırılmalıdır ki, növbəti belə cinayət törətməyə insanlar cəsarət etməsin. Amma təəssüflər olsun ki, bizdəki çox görünür, bütün beynəlxalq aləm dərhal bunu görür reaksiya və bəyanatlar verirlər, Azərbaycan dövlətini, prezidentini günahlandırırlar və ilaxır. Özlərində isə eyni proseslərə göz yumurlar. Hətta günlərin birində Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözcüsü dedi ki, bu proseslərin dünyada heç kimə dəxli yoxdur, bunlar Amerikanın daxili işidir. Yəni polis tərəfindən jurnalistin, vətəndaşın qətlə yetirməsi - bu, Amerikanın daxili işidir və müzakirə üçün açıq deyil. Necə olur ki, bir dövlətdə açıq olmur, amma digər dövlətdə açıq olur? Bir dövlətdə jurnalistin hansısa başına gələn oyun dərhal beynəlxalq aləmə çıxarılır, digər dövlətdə olmur? Ona gərə də biz hər zaman tərəfdaşlarımızdan tələb edirik ki, özünüzə rəva görmədiyinizi bizə də rəva görməyin. Bizə rəva gördüklərinizi özünüzə də rəva görün. Sadəcə olaraq, biz dünya dövlətlərini onun böyüklüyu-kiçikliyi, gücünün azlığı-çoxluğu, ərazisinin genişliyi-kiçikliyilə deyil, hər biri beynəlxalq hüququn sübyekti kimi bərabərhüququlu dəyərləndiririk və istəyirik ki, hər kəsin hüququ BMT yanında bərabər olsun və hamıya da eyni standartla yanaşsınlar. İkili standart müasir dünya siyasətini, çox təssüf ki, təhdid edir, etməkdə davam edir. Əgər bunun qarşısı alınmasa, bundan sonra dünyada nələr baş verəcəkdir? İnsanlıq çox dəhşətli facilərlə üz-üzə gələ bilər.

- Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nə vaxta planlaşdırılıb? Qarabağ mövzusunda danışıqların bərpa olunması, Azərbaycan prezidentinin, Ermənistan prezidentilə, hətta deyilənə görə, BMT 70 illiyi münasibətilə Nyu-York-da görüş nəzərdə tutulur. Ümumiyyətlə, belə bir söhbətlər nə dərəcədə əsaslıdır?

- Danışıqlar əsasən Minsk qrupu formatı cərcivəsində davam edir. Formata uyğun olaraq hər iki ölkənin dövlət başçılarının və xarici işlər nazirliklərinin görüşü keçirilir - eləcə də digər nümayəndələrin apardıqları danışıqlar. Bu formata, biz daxil, hələ də ümid bəslənilir. Amma təssüflər olsun ki, Minsk Qrupunun, necə deyərlər, "dişsiz fəaliyyəti", BMT Təhlükəsizlik Şurasının bu məsələyə ikili yanaşması, BMT-nin qətnamələrinə laqeyidliyi Azərbaycanı və Ermənistanı müharibəyə sürükləyir. Və indiki halda, yəni, bu danışıqlar belə davam eləsə - danışıqlar imitasiyası adı altında Ermənistanın qeyri-konstruktiv mövqeyi davama eləsə və BMT Təhlükəsizlik Şurasının üzvüləri, bütövlükdə BMT Ermənistana təzyiq göstərməsə, - müharibə qaçılmazdır! Azərbaycanı, Ermənistanı, Cənubi Qafqazı yenidən müharibə dalğası bürüyə bilər! Çünki Azərbaycan heç bir zaman torpaqlarının itirilməsi ilə barışmayacaqdı! Cənab prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdı. Bu, bizim beynəlxalq hüquq normalarına söykənən milli haqqımızdı. Və biz də bu milli haqqımızı bir kimsəyə güzəştə getməmişik və getmək fikrində də deyilik!

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Demokratik seçkinin keçirilməsi, gələcəyimizin təminatı demək olacaq

    Demokratik seçkinin keçirilməsi, gələcəyimizin ...

    4-12-2013, 15:27

  • 
  • Əli Həsənov Azərbaycana gətirildi - İDDİA

    Əli Həsənov Azərbaycana gətirildi - İDDİA ...

    18-01-2021, 13:18

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • Əli Həsənov dialoqdan danışdı

    Əli Həsənov dialoqdan danışdı ...

    13-03-2013, 10:21

  • 
  • Əli Həsənov: «İstəyirik xalqın iradəsini görsünlər»

    Əli Həsənov: «İstəyirik xalqın iradəsini ...

    2-11-2015, 15:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu