GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İLHAM ƏLIYEV:“MƏMURLAR MƏNI ALDADIRLAR, HEÇ KIMƏ RƏHM EDILMƏYƏCƏK”

İLHAM ƏLIYEV:“MƏMURLAR MƏNI ALDADIRLAR, HEÇ KIMƏ RƏHM EDILMƏYƏCƏK”

Tarix: 1-09-2015, 20:27 Bölmə :Ölkə Baxış: 0
İLHAM ƏLIYEV:“MƏMURLAR MƏNI ALDADIRLAR, HEÇ KIMƏ RƏHM EDILMƏYƏCƏK”

Azərbaycan yeni mərhələyə daxil olub – postneft dövrünün başlanğıcına. Artıq böyük neft pullarının ölkəyə axını keçmişdə qalıb. Hazırda hökumətin prioriteti mövcud resursları səfərbər etmək və keyfiyyətcə indikindən fərqli bir iqtisadiyyat qurmaqdır. Prezident İlham Əliyevin “nefti unudun” sözləri də postneft dövrünün rəsmən başlanılmasının mesajı idi.
Təbii sual ortaya çıxır – Azərbaycan hökuməti post neft dövrünə nə qədər hazırdır və indiki hakimiyyətin resursları bu dövrü adlamağa yetərlidirmi? Son dövrün tendensiyaları bu suala təəssüf ki, mənfi cavab verir – resurslar sürətlə tükənməkdədir. Prezident İlham Əliyevin son mesajları da bunu təsdiqləyir.
“Möhtəkir və natəmiz adamlar vəziyyətdən istifadə edirlər”
Resurslar sürətlə tükənməsiniin ilk faktı bu ilin fevralın 21-də qeydə alındı. 53 milyard dollar maliyyə ehtiyatı ilə öyünən hökumət bir gecədə 34 faiz devalvasiyaya getməyə məcbur oldu. Bundan az sonra prezident Mingəçevir səfərində sərt devalvasiyanın səbəblərinə aydınlıq gətirdi: “Regionda baş verən hadisələr və dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama vermişdir ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı.
Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın”.
“Məmurlar məni aldadırlar”
Bununla da prezident son 10 ildə ilk dəfə (Fərhad Əliyev və Əli İnsanovun həbsindən sonra) öz komandasından narazlığını açıq şəkildə dilinə gətirdi və neft dövrünün komandası postneft dövrünə etimadsızlıqla daxil oldu. Bunun ardınca dövlətin maliyyə ehtiyatlarının əsas hissəsinin cəmləşdiyi Beynəlxalq Bankda fantastik mənimsəmələrin baş verdiyi üzə çıxdı və “Bandotdel” kütləvi həbslərə başladı – söhbət 6 milyard dollarlıq problemli kreditdən gedir.
Bu dalğada ölkənin maliyyə-bank sektorunun əsas fiqurlarından biri və bəlkə də birincisi, Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev, eləcə də Dövlət Bayraq Meydanın rəisi Rəşad Məmmədov karyerasını bitirdi. Ancaq siyahı hələ də açıq qalır – 6 milyard kredit iri ranqlı məmurların müdaxiləsi ilə mənimsənilib. Hazırda vəsaitin bərpası istiqamətində iş gedir və qurbanların sayının daha çox olcağı gözlənilir.
Ölkənin bank-maliyyə sistemi təlatümlü dövrünü yaşayır. Azərbaycanda “dərin dövlət” anlayışı maliyyə-bank sektorunda özünü göstərir. Prezidentin və dövlətin nəzarətindən kənarda mövcud olan maliyyə sektorunun “dərin dövləti” ölkənin valyuta resurslarının mənimsəmək yolunu seçmişdi. Hazırda “dərin dövlətin” zərərsizləşdirilməsi prosesi gedir.
Prezident komandasından ikinci narazılığı Binəqədidə məlum yanğın hadisəsi ilə bağlı hökumət komissiyasının iclasında dilə gətirdi: “məmurlar məni aldadırlar”. Bu mesaj əsasən biznes təmsilçilərindən və nazirilərin qohumlarından ibarət komanda ilə işləməyin çətinliyinin və mümkünsüzlüyünün təzahürü idi. Məmurların qohumlarının və onların yaratdığı “Ala-bala” şirkətlərinin ölkənin sosial mühiti üçün təhlükə mənbəyi olması real faktla təsdiqləndi.
“Köməkçilərim bəzi məlumatları məndən gizlədir”
Nəhayət, iyulun 22-də prezident Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edərkən “köməkçilərim bəzi məlumatları məndən gizlədir, bu xəbərləri mediadan oxuyuram” deyə iqtisadi komandasına artıq etimad göstərmədiyini açıqladı.
Bütün bunlar hakimiyyət komandasının yeniləşməsi zərurətini ortaya qoyur. Prezident hələ may ayında – 28 may Respublika günü münasibəti ilə keçirilən rəsmi qəbulda ciddi siyasi və idarəetmə islahatlarının aparılacağını bəyan etdi.
Siyasi islahatlar təbii ki, ilk növbədə parlamentdən başlanılmalıdır. YAP-ın namizədlər siyahısının indiyə qədər açıqlanmaması prezidentin bu məsələ ilə bağlı son qərarının olmadığını ortaya qoyur. Bununla belə, kifayət qədər ciddi mənbələrdən gələn məlumatlar bu dəfə siyahının fərqli kriteriyalarla tərtib edildiyini deyirlər – iş adamları, məmurların qohumları və rektorlar korpusu siyahıdan kənarda qalıb. Yəni postneft dövrünə hakimiyyət yeniləşmiş parlamentlə getmək istəyir. Bu dönəm rasional qərarlar dövrü olduğundan neft dövrünün parlamenti artıq işə yaramır.
Güman ki, prezident siyasi islahatlar dedikdə ilk növbədə elə parlament islahatlarını nəzərdə tutub. Yeni parlament həm də 2018-ci il prezident seçkisini ilkin hazırlıq deməkdir. Eyni zamanda yeniləşmiş parlament iqtisadi və idarəetmə islahatlarına dəstək missiyasını yerinə yetirməlidir.
Pul xərcləyən hökuməti pul qazanan hökumət əvəzləməlidir
İqtisadi və idarəetmə islahatlarına gəldikdə isə, post-neft dövründə bunsuz keçinmək mümkün deyil. Həm komandaya etimadsızlıq, həm də böyük məbləğli dövlət xərclərinin optimallaşdırılması zərurəti komandanın yeniləşməsini, oliqarxların texnokratlarla, menecerlərlə əvəzlənməsi zərurətini yaradır. İndki komandanın əsas prioriteti neft pullarını xərcləmək idisə, yeniləşmiş komandanın mandatı dövlətin maliyyə-iqtisadi resurslarından maksimum səmərəli istifadə etmək və büdcəni doldurmaqdan ibarət olmalıdır. Obrazlı desək, pul xərcləyən hökuməti pul qazanan hökumət əvəzləməlidir.
Bu yaxınlarda prezidentin kursunun qatı müdafiəçisi kimi tanınan deputat Zahid Oruc da seçkidən sonra 6-8 nazirlik və dövlət komitəsinin birləşdirilərək yenidən təşkil olunacağının anonsunu verib. Xərclərin optimallaşdırılması, paralel strukturların ləğv edilməsi, idarəetmənin sadələşdirməsi hazırda hökumətin əsas prioritetlərindən biridir. Neft dövrünün nəhəng idarəetmə aparatı artiq ölkənin inkişafında problemə çevrilib. Post-neft dövründə sadələşmiş, ancaq cevik, qlobal və yerli tendensiyalara adekvat cavab verən hökumətə ehtiyac var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezidentin kadr islahatı hansı məmurları vuracaq

    Prezidentin kadr islahatı hansı məmurları vuracaq ...

    1-12-2015, 13:35

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 12:13

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 13:00

  • 
  • İlham Əliyev Davosda: “Biz neft erasının 20 il sonra bitəcəyini gözləyirdik…”

    İlham Əliyev Davosda: “Biz neft erasının 20 il ...

    21-01-2016, 22:18

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilir

    Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda ...

    17-04-2017, 09:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu