"Biz "postneft erasının" indi yox, bir 20 ildən sonra gələcəyini gözləyirdik. Biz büdcəmizi bir barrel xam neftin qiymətinin 50 dollar olacağını düşünərək planlaşdırmışdıq”. Bu sözləri prezident İlham Əliyev Davos forumunda enerji mövzusunda keçirilən paneldə suallara cavab verərkən bildirib.
Azərbaycan prezidenti deyib ki, neft qiymətlərinin davamlı düşməsi psixoloji nöqteyi-nəzərdən yorucudur. “Biz sosial və sənaye infrastrukturuna, neft istehsalının özünə belə sərmayə qoymalıyıq”-İlham Əliyev əlavə edib.
Prezident çıxışına nikbin notlarla davam edib: "İndi Azərbaycanda islahatlar üçün yaxşı vaxtdır. İndi biz neft amili barədə unutmaq üzərində işləyirik. Mən düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik.
İlham Əliyev neftin qiymətinin gələcəyi ilə bağlı belə deyib: "Biz düşünürük ki, o daha 2-3 dollar düşəndən sonra ilin ikinci yarısı qalxmağa başlayacaq." O həmçinin deyib ki, bir barrel neftin qiymətinin 60-70 dollar olması istehsalçı ölkələrin hökumətlərinə çox sərf edərdi. "Mən bunu mümkün qədər tez görmək istəyirəm, yəqin ki, 2017-ci ildə neftin qiyməti belə olacaq," deyə o çıxışını yekunlaşdırıb.
* * *21:05
“Son 10 ildə bizim milli valyuta dollara qarşı çəki əldə etmişdi”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində “The new energy equation” adlı panel müzakirəsində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu, həm də bir qədər qeyri-təbii idi: “1 manat 1,3 dollar idi. Birinci devalvasiya manatla dolları bərabər etdi. İkinci devalvasiya isə həm də qonşu ölkələrin milli valyutalarının düşməsi səbəbi ilə baş verdi. Çünki bu səbəbdən bizim məhsullar rəqabət gücündə olmurdu. Bu isə bizim büdcəyə əlavə yük idi. Mümkün qədər müqavimət göstərməyə çalışırıq. Milli Bank ehtiyatımızdan bir qədər itirməli olsaq da, bu tədbirləri görməli idik.
Bu səbəbdən də əhali arasında müəyyən narahatlıqlar yarandı. Çünki bu bizim idxal etdiyimiz məhsulların qiymətinə dərhal təsir etdi. Biz hələ də müəyyən məhsullarla bağlı xarici bazardan asılı ölkəyik. İnsanlarımız qiymətlərin qalxmasına hazır deyildilər.
Ancaq indi bu mərhələ bitib. Düşünürəm ki, Azərbaycanda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri idi - son 10 ildə 300 faiz gəlir. Bu, böyük rəqəmdir. Ancaq tsikl indi aşağı düşür...".
İlham Əliyev Azərbaycanın mövcud vəziyyətin öhdəsindən gələ biləcəyini də diqqətə çatdırıb: "Azərbaycanda iqtisadi vəziyyət stabildir. Xarici borcumuz ÜDM-in 12%-ni təşkil edir. Xarici valyuta ehtiyatlarımız təxminən ÜDM-lə eyni səviyyədədir. Əminəm ki, biz böhranı idarə edə biləcəyik. Ancaq biz əlbəttə ki, növbəti illər büdcəmizi müəyyənləşdirmək üçün proqnozlaşdırıla bilən gələcək istərdik”.
"Bugünkü vəziyyəti gördükdən sonra neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək".
gundemxeber.az bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu Çərçivəsində “The new energy equation” adlı panel müzakirəsində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neftdən sonrakı dövrə - 20 ildən sonraya hazırlayırdı: "Bu bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Çünki biz bu il büdcəmizi 50 dollar səviyyəsində müəyyən etmişdik. Ötən il isə bu rəqəm 60 dollar götürülmüşdü. Ona görə xərclərimizi, investisiyalarımızı azaltmaq məcburiyyətində qaldıq. Sosial proqramları olduğu yerdə saxladıq. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də biz vəziyyəti kompensasiya edə bilərik. Lakin belə vəziyyət uzun müddət davam etsə, təbii ki, bu bizim büdcə üçün böyük təzyiq olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?