də İldırım İbadovun tapşırdığı qoyunların “qurdu” Alim çıxdı
Bir müddət bundan əvvəl Ağcabədidə yaşanan olay haqda məlumatı eşitdikdə həm təəccübləndik, həm də olduqca təəssüf hissi də keçirdik. Söhbət adı çəkilən rayonda Alimin sahibkara “badalaq” gəlməsindən gedir. Rayonun Muğanlı kəndində yaşayan və başına gətirilən olayları bizimlə bölüşən İldırım İbadov, redaksiyamıza ünvanladığı şikayət ərizəsində yazır ki, “sahiblik etdiyim qoyun sürüsünə Alim adlı şəxsin çobanlıq etməsi, son anda məni bir çox problemlərlə üz-üzə qoydu. Belə ki, əslən Ağdam rayonundan olan Alim Tacir oğlu adlı şəxs, ilk əvvəl qoyun sürümə çobanlıq etmək istəyirsənmi təklifimi qəbul etdi və çox keçmədi ki, o, işə də başladı. Təqribən beş gün çobanlıq etdikdən sonra “mənə 800 manat pul lazımdır, onu ver, işləyib borcumu geri qaytaracağam” dedi. Bu minvalla o, ona lazım olan pulu məndən alıb onu da vurğuladı ki, “çobanlıq işi çətindir, icazə ver, Şəmkirdə tanıdığım bir şəxs var, onu da gətirim, birlikdə sənə çobanlıq edək” dedikdə, ilk öncə tərəddüd etsəm də, son anda fikrimdən daşındım. Verdiyim razılıq qərarımdan çox keçmədi ki, sahiblik etdiyim qoyun sürüsünə çobanlıq edən Alim, əvvəllər tanıdığı və Şəmkir rayon sakini olan başqa bir Alimi Ağcabədiyə gətirib çıxara bildi. Elə bütün olaylar da, həmin andan başladı.
Belə ki, hər iki Alimin ələlə verib qoyun sürüsünə çobanlıq etmələri, ilk günlər məni nə qədər arxayın edirdisə, bir o qədər də narahat edirdi. Elə bu narahatçılığın da nəticəsi o oldu ki, bir neçə gün qoyun surüsünə çobanlıq edənlər, çox keçmədi ki, oğurluq etmək haqda razılığa gəlib, müvafiq addımlarını da atdılar. Yəni hər iki şəxs, onlara etdiyim etibardan sui-istifadə edərək qoyun yatağında olan əşyalarımla bərabər, 14 baş xırdadırnaqlı heyvanlarımı da oğurlayıb aradan çıxa bildilər. Bu haqda tam məlumatlı olduqdan sonra, dərhal Ağcabədi rayon Polis Şöbəsinə yazılı şikayətimi ünvanladım. Düzdür, ilk günlər hər iki şəxsin axtarılıb tutulması istiqamətində lazımi addımlar atılmasa da, təqribən 25-26 gündən sonra, polis əməkdaşları başıbılalı alimləri bizim iştirakımızla İmişli rayonunda tuta bildilər.
Həmin vaxt atılan addımı təqdirəlayiq hal hesab etsəm də, hər iki Alimin saxlandıqları günün axşam saatlarından buraxılmalarını isə, heç də təqdirəlayiq addım hesab etmədim. Çünki, gözləyirdim ki, etibarımdan sui-istifadə edib əşyalarımı, 14 baş xırdadırnaqlı heyvanlarımı oğurlayan alimlər lazımi cəzalarını alacaqlar, mənə dəymiş ziyan da tam ödəniləcək. Təəssüflər olsun ki, bu baş tutmadı, əksinə aylar uzunu get-gələ salındım.
Diqqəti cəlb edən hal odur ki, ünvanladığım şikayət ərizəsi əsasında rayon polis şöbəsində məndən izahat alan Hikmət adlı təhqiqatçıya, bu iş nə vaxt yekunlaşacaq deyə sual etdikdə, onun “yek” cavabı o olur ki, “sən bir az da gözlə, iş prokurorluqdadır” cavabını verir. Çox maraqlı və əcaib cavab olur ki, belə bir cavabı da, məndən izahat alan və aylar uzunu getgələ salan Hikmət adlı təhqiqatçı dilindən səsləndirir”.
Bəli, bu gün üzləşdiyi problemin həllinə nail ola bilməyən İldırım İbadov, KİV nümayəndələrinə də üz tutur ki, başına gətirilən olayların ictimailəşməsinə nail ola bilsin. Eyni zamanda o, Ağcabədi rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsi əsasında, lazımi araşdırmaların da aparılmasını istəyir. Bunun üçün o, DİN-nin rəhbərliyinə belə bir xahişini də çatdırır ki, problemin həlli istiqamətində əksər vəzifə sahiblərinə müvafiq tapşırıqlarını da versin. Və inanır ki, DİN-i rəhbərliyinin problemin həlli yönündə verdiyi tapşırıq, haqq-ədalətin qələbəsi ilə nəticələnəcək.
Problemin varlığını diqqətdə saxlamağa çalışacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?