Zaqatalada 55 yaşlı kişi ildırımvurma nəticəsində ölüb.
gundemxeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Üçüncü Tala kəndi inzibati ərazisində baş verib.
Kənd sakini, 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otarmaq üçün yaxınlıqdakı otlaq sahəyə gedib. Bir neçə saat sonra qoyunların özbaşına qayıtdığını görən oğlu atasına zəng etsə də, telefona cavab verən olmayıb. Oğlu otlaq sahəsinə gedəndə, atasını sahənin ortasında ölmüş vəziyyətdə görüb.
Araşdırma zamanı məlum olub ki, İ.Bayramov ildırım vurub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?