GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zəlzələ zamanı iki qadın özünü 2-ci mərtəbədən atdı - Yenilənib

Zəlzələ zamanı iki qadın özünü 2-ci mərtəbədən atdı - Yenilənib

Tarix: 4-09-2015, 16:59 Bölmə :Ölkə Baxış: 0
Zəlzələ zamanı iki qadın özünü 2-ci mərtəbədən atdı - Yenilənib

Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.

APA-nın yerli bürosunun xəbərinə görə, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən sayta verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir.

***

Bu gün baş verən zəlzələ nəticəsində Zərdab rayonuna da ciddi ziyan dəyib. Rayondan Avropa.info-ya verilən məlumata görə, Xaməmmədli, Hüseynxanlı, Şahhüseynli, Məmmədqasımlı və digər kəndlərində onlarla evin divarında çatlar əmələ gəlib.

Hazırda rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Komissiyasının iclası keçirilir. İclasda zəlzələnin nəticəsi ilə bağlı məsələlər müzakirə olunur.

***

Artıq sosial şəbəkələrdə zəlzələnin nəticələrini əks etdirən ilk fotolar yayılıb. Həmin fotolardan da aydın görünür ki, binalardın divarlarında dərin çatlar yaranıb.

Yerli sakinlərin verdiyi məlumatlara görə, dağıntılar var. Amma insan tələfatı haqda heç bir məlumat yoxdur.

Bu gün səhər saatlarında Şəkidə baş verən güclü təbii fəlakət nəticəsində dağıntılar baş verib.

Bu barədə rayonun icra başçısı Elxan Usubov bildirib. Onun sözlərinə görə, hazırda zəlzələ nəticəsində əmlaklarında dağıntı-uçqun və çatlar yaranan vətəndaşlar Şəki Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edirlər.

“Hazırda dağıntılarla bağlı müraciətlər gəlməkdədir. Biz gələn müraciətləri qeydə alırıq və qeyd edilən yerlərə mütəxəssislər göndərilir. Zəlzələ nəticəsində, şükürlər olsun ki, insan tələfatı qeydə alınmayıb. Gün ərzində baş verən dağıntıların hesabatı aparılacaq və sayları məlum olacaq”, - deyə Elxan Usubov bildirib.

İcra başçısı deyir ki, araşdırmalardan sonra zəlzələ nəticəsində dəyən ziyanın miqdarı məlum olacaq.

Virtualaz.org saytının xəbərinə görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə isə öz facebook səhifəsində yazıb ki, bu şəhərdəki bəzi binalara ciddi zərər dəyib.

“Mən icra hakimiyyətinə zəng vurdum. Oradan dedilər ki, Mingəçevirdə ciddi dağıntılar yoxdur” - deyə deputat bildirib.

“Ölkə ərazisində bir neçə rayon və şəhərdə baş verən zəlzələ Gəncədə də hiss olunsa da heç bir dağıntı törətməyib”.

Bu barədə virtualaz.org saytına Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, hazırda şəhərdə hər şey qaydasındadır.

“Düzdür, zəlzələ hiss olunsa da heç bir panika yaranmayıb. Hər şey yaxşıdır, hamımız işimizin başındayıq” - deyə icra hakimiyyətinin nümayəndəsi bildirib.

Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb.

"Report" xəbər verir ki, rayonun Məlikkənd kənd sakini, 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub. Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb.

Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.

***

Bu gün səhər saatlarında Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub.

Sakinlərin bildirdiyinə görə, yeraltı təkan paytaxt Bakı ilə yanaşı Gəncə, Mingəçevir, Ağdam, Füzuli, Biləsuvar, Xaçmaz, Tovuz, Yevlax, Gədəbəy, Zaqatala, Balakən, Şəki, Ucar, Göyçay, Ağdaş, Şamaxı, İsmayıllı və digər rayonlarda hiss olunub.

Mingəçevir sakinlərinin azvision.az verdiyi məlumata görə, zəlzələdən təşvişə düşən sakinlər evlərini tərk etməyə başlayıblar.

Mingəçevir rayon İcra Hakimiyyəti də faktı təsdiqlədi.

Bildirilib ki, hələlik dəyən ziyan barədə məlumat yoxdur. Hazırda zəlzələ ilə bağlı araşdırma aparılır.

***

AMEA Respublika Seysmoloji Xİdmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:49:36-da Şəkidən 29km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.

***

Ölkənin aran zonasında zəlzələ olub.

Bunu Trend-ə Yevlax sakinləri məlumat veriblər. Verilən məlumata görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.

Gələn məlumatlara görə, zəlzələnin təkanları Mingəçevirdə, İsmayıllıda, Ağcabədidə, Şirvanda, Şamaxıda, Göyçayda, Ağdaşda və başqa yaxın rayonlarda da hiss edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Tahir Məmmədov oxu.az-a bildirib ki, zəlzələnin olması ilə bağlı hazırda araşdırma aparılır.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.

Zəlzələnin dərinliyi 13 km olub.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda qadın özünü 5-ci mərtəbədən atıb

    Bakıda qadın özünü 5-ci mərtəbədən atıb ...

    2-08-2013, 10:52

  • 
  • Qaxda zəlzələ zamanı yaralanan şəxs Bakıya göndərildi: 3 nəfər xəsarət alıb

    Qaxda zəlzələ zamanı yaralanan şəxs Bakıya ...

    6-06-2018, 19:10

  • 
  • Bakıda 30 yaşlı kişi qollarını kəsib, sonra özünü ikinci mərtəbədən atıb

    Bakıda 30 yaşlı kişi qollarını kəsib, sonra özünü ...

    11-05-2016, 11:55

  • 
  • Azərbaycanda zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib, xəsarət alan var - Yenilənib

    Azərbaycanda zəlzələ nəticəsində yaşayış evlərinə ...

    16-11-2017, 10:43

  • 
  • Dəhşətli olay: 85 yaşlı qadın özünü 7-ci mərtəbədən atdı

    Dəhşətli olay: 85 yaşlı qadın özünü 7-ci ...

    2-12-2015, 15:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu