Qax rayonunda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib.
gundemxeber.az "Report"a istinadən xəbər verir ki, iyunun 5-də axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər xəsarət alıb.
Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Qax şəhər sakini, 2004-cü il təvəllüdlü Güllər Səbuhi qızı Durmuşzadə zəlzələ zamanı evdə yıxılaraq ayağını sındırıb. 14 yaşlı qızın ayağına gips qoyulub və evə buraxılıb. Digər yaralılar isə rayonun Tasmalı kənd sakinləri olub. 1977-ci il təvəllüdlü Vüsalə Musa qızı Musayeva sol bazunun, həmkəndlisi 1958-ci il təvəllüdlü Rafiq Cuma oğlu Kazımov isə sağ bazunun sınığı diaqnozu ilə xəstəxanaya daxil olub. 60 yaşlı Rafiq Kazımov müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?