Azərbaycanın bölgələrində baş verən güclü zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib.
Təqribən 6 maqnitudaya yaxın baş verən yeraltı təkanlar nəticəsində evlərin və hasarların divarlarında çatlar əmələ gəlib, bəzi evlər qəzalı vəziyyətə düşüb.
İnsanlar təşviş içində küçələrə çıxıb. Yeraltı təkanların təqribən 30 saniyə davam etdiyi bildirilir.
Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.
***
Ağdamda baş verən zəlzələ bəzi fəsadlar törədib.
Zəlzələdən sonra təşvişə düşən sakinlər küçələrə çıxıb.
Xüsusilə çoxmərtəbəli bina sakinləri mənzillərinə daxil olmağa ehtiyat edirlər.
Ağdamda köçkünlərin məskunlaşdığı “Daş evlər” qəsəbəsində yaşayan Kərimova Aidə APA-ya açıqlamasında bildirib ki, yaşadığı evin divar və tavanında çatlar yaranıb, ev qəzalı vəziyyətə düşüb.
Məlumata görə Ağdam, Bərdə və digər ətraf rayonlarda tələfat yoxdur. Bəzi ev və tikililərdə çatlar əmələ gəlib, şüşələr sınıb
Qeyd edək ki, axşam saat 23:48-də Ağdam rayonu ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
***
Tərtər rayonunda zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb.
Tərtərin Qapanlı kənd sakini Məmmədov Şahid İbrahim oğlu zəlzələ zamanı tövlədə olub və dağıntı altında qaldığından yüngül xəsarət alıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Bərdədə isə Meşəçilik adlanan ərazidə məskunlaşan Salmanova Sərvi Səməd qızına məxsus çiy kərpicdən tikilən ev uçub. Hadisə vaxtı ailə üzvlərindən xəsarət alan olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?