Azərbaycanda Vətəndaş cəmiyyətinin çətin və sanki ölüm-qalım mübarizəsi apardığı bir vaxtda ayrı-ayrı şəxslər Qeyri-Hökumət Təşkilatlarının qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edirlər. Belə ki, artıq çoxdandır ictimai əsaslarla fəaliyyət göstərən “Gənc Demokratlar Hərəkatı” sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişlər. Qeyd etmək lazımdır ki, təşkilatın təsisçiləri Emin Bəşirli və Rövşən Bəşirov ölkədə QHT-lərin qeydiyyatına və fəaliyyətinə yaradılan maneələrdən məlumatlı olduqlarını, bununla belə ictimai birlik təsis etmək onların konstitusion haqları olduğunu bildirmişlər. Təşkilatın təsis yığıncağında sədr seçilən Emin Bəşirli hüquqi müstəvidə mübarizə aparacaqlarını bildirərək təşkilatın qeydiyyatında israrlı olduqlarını qeyd etdi. Sədrin bildirdiyinə görə təsis yığıncağında ona göstərilən etimad zamanı qarşıya qoyulan əsas vəziflərdən biri də təşkilatın strateji hədəfləri ilə yanaşı qanunvericiliyə uyğun İctimai Birliyin dövlət qeydiyyatına alınması olmuşdur. E.Bəşirli Ədliyyə Nazirliyindən mənfi cavab alacaqları halda məhkəmə insansiyasına və əgər ehtiyac yaranarsa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildirdi. Daha sonar təşkilatın sədri bildirdi ki, təşkilatın əsas hədəfi gənclərin Avropa dəyərləri mühitində inkişafı və formalaşması, o cümlədən ölkədə demokratik prinsiplərlə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin yaranmasına dəstək verməkdən ibarətdir. E.Bəşirli sonda Ədliyyə Nazirliyindən heç də müsbət cavab alacaqlarına inanmasa da, təşkilatın qeydiyyata alınmasına nail olacaqlarını bildirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?