Bir müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əllilik statusunun verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsi təklifi ilə çıxış etmişdi. Onun sözlərinə görə, hazırda xeyli sayda insan saxta əlillik statusu daşıyır.
Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsindən sonra bu sahədə vəziyyətin düzələcəyinə ümid edən Hadı Rəcəblinin təklifinə nazirlikdən münasibət gəlib.
"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əlavə və dəyişikliklər edilərək yeni layihə sənədi hazırlanıb”.
Bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildiriblər.
"Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, onların sağlamlığının mühafizəsi və tibbi reabilitasiyası, sosial müdafiəsi, təhsili, peşə yönümünün və həyat şəraitinin yaxşılaşdırılması, informasiya və kommunikasiya texnologiyalarından istifadəsi üçün şəraitin yaradılması, istifadədə olan sosial infrastruktur obyektlərinin əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması tədbirlərinin həyata keçirilməsi, mədəni həyatda onların iştirakının, istirahətinin və idman tədbirlərinin təşkili məqsədilə Nazirlik tərəfindən "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihə sənədi hazırlanaraq müvafiq dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmışdır.
Hazırda "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən qeyd edilən layihə sənədinin iqtisadi əsaslandırılması ilə bağlı işlər həyata keçirilir. Bundan başqa, Nazirlər Kabinetinin 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş ”Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamədə” əlilliyin müəyyən olunması meyarlarının sərtləşdirilməsi və bu sahədə məhdudiyyətlərin artırılması nəzərdə tutulur. Bununla əlaqədar Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə əlaqələr yaradılacaqdır” – deyə ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?