Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.
Nəticədə orada tikinti işləri aparan “AZİNFORT MMC” şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?