Amerikanın hərbi yeniliklər üzrə ixtisaslaşan “Global Firepower” portalı dünyanın ən güclü ordularının yeni illik siyahısını dərc edib. Orduların gücü onların şəxsi heyətinin və ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülərək, bunun əsasında indeks cədvəli hazırlanıb.
“Global Firepower”in tərtib etdiyi reytinq cədvəlində 126 ölkə yer alıb. Azərbaycan siyahıda döyüş gücünə görə 63-cü pillədədir.
Qonşu dövlətlərdən Türkiyə 10-cu, İran 23-cü, Gürcüstan 75-ci, Ermənistan isə 74-cü yerdədir.
Avropa.info modern.az saytına istinadən reytinq cədvəlini ölkələrin indeksinə görə ixtisarla təqdim edir.
1. ABŞ – 0,1661 2. Rusiya - 0,1865 3. Çin – 2,315 4. Hindistan – 0,2695 5. Böyük Britaniya – 0,2743 6. Fransa – 0,3065 7. Cənubi Koreya – 0,3098 8. Almaniya – 0,3065 9. Yaponiya – 0,3838 10. Türkiyə - 0,4335 11. İsrail – 0,4974 12. İndoneziya – 0,5231 13. Avstraliya – 0,5281 14. Kanada – 0,5625 15. Tayvan – 0,5671 16. İtaliya – 0,5735 17. Pakistan – 0,6122 18. Misir – 0,6214 19. Polşa – 0,6688 20. Tailand – 0,6833 23. İran – 0,7619 25. Ukrayna – 0,8214 35. Malaziya – 0,9612 45. Belarus – 1,1917 47. Argentina – 1,2364 54. Özbəkistan – 1,2989 62. Venesuela – 1,5172 63. Azərbaycan – 1,5211 71. Küveyt – 1,7336 79. Yəmən – 1,9271 86. Livan – 2,2241 106. Paraqvay – 2,6167 112. İraq – 2,8583 122. Liviya – 3,5828 126. Somali – 5,7116
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?