Bu günlərdə Dövlət Statistika Komitəsi tərəfindən maraqlı bir fakt açıqlanıb
AzNews.az-a verilən məlumata görə, hərbi xidmətdən boyun qaçıranlar da olub. Belə ki, 36 nəfər hərbi xidmətdən boyun qaçırıb, 190 nəfər isə hərbi xidmət əleyhinə cinayət törədib. Ötən illə müqayisədə hərbi xidmətdən boyun qaçıranların sayında artım olub. 2013-cü ildə 16 nəfər hərbi xidmətdən yayınıbsa bir ildən sonra bu rəqəm 20 nəfərə kimi artıb.
Heç şübhəsiz bu artım faktında müvafiq qurumların da “töhfə”si var. Azərabaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Arzu Rəhimovun təyinatı bu sahədə yaranmış ağır vəziyyətin düzəlməsiənə ümid yaradırdı. Bir çoxları hesab edirdi ki, yeni yaranmış qurumda korrupsiya və rüşvətxorluğa son qoyulacaq. Ancaq bu arzu və istək elə kağız üzərində də qaldı. Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayonu üzrə bölməsinin rəisi Rəsul Babayevlə bağlı ilginc faktlar daxil olmuşdur. Qeyd edək ki, Rəsul Babayev bu təyinatdan əvvəl sözügedən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş bölməsinə rəhbərlik etmişdir.
Mənbənin sözlərinə görə Rəsul Babayevin adı saxta hərbi biletlərin verilməsində hallanır. Belə kli, məlumata görə çağırışçılardan külli miqdarda pul almaqla saxta biletin təşkili və hər il xidmətdən yayınanların komissiyadan keçirilməsi kimi neqativ hallar mənbə tərəfindən vurğulanır.
Bu məsələlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda bir neçə şəxsin saxta sənədlərlə ordudan yayındırılması haqda faktlar var. Bu yazımızda bu faktlardan biri – Kazımov Şahruz İlqar oğlundan bəhs edəcəyik. Belə ki, hazırda Moskvada bizneslə məşğul olan Kazımovun guya tələbə olması adı ilə hərbi xidmətdən yayındırılması aşağıda təqdim etdiyimiz sənədlərdən də aydın görünür.
Belə ki, əslində Moskvada Bizneslə məşğul olan Kazımovun Voronejdə tələbə olması haqda sənədlərin saxtakarlığı elə ilk baxışda diqqəti cəlb edir. Tələbə biletində 2012-ci ildə ali məktəbə qəbul olduğu göstərildiyi halda, 2015-2016-cı illərdə birinci kursda oxuması haqda arayışı Rəsul Babayev görəsən hansı məntiqlə qəbul edib?…
Onu da bildirək ki, Rəsul Babayevin külli miqdarda varidata malik olması da cumhuriyyet.az-a verilən məlumatlar sırasındadır. Həmçinin mediada yer alan başqa bir maraqlı və üzücü məlumatda isə bildirilir ki, Rəsul Babayev qeydiyyatda olan “əsəbi” xəstədir(bu barədə rəsmi araşdırmalar davam edir).
Biz isə mətbuat ictimai-rəy yaradır prinsipinə sadiq qalaraq, redaksiyaya daxil olmuş məlumatları dəqiqləşdirib, qarşı tərəfin sadalanan faktlara münasibətini öyrənməyə çalışdıq. Ancaq çox təəssüflər olsun ki, qarşı tərəflə əlaqə cəhdlərimiz uğursuzluqla nəticələndi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?