Türkiyənin İstanbul şəhərində PKK terroru əleyhinə təşkil edilən aksiyalar zamanı HDP-yə verdiyi dəstəyə görə aktrisa Beren Saata da etiraz edilib.
Belə ki, aksiya iştirakçıları məşhur "Aşk-ı Memnu" serialının çəkildiyi Vehbi Koç sarayının qarşısına toplaşaraq serialda adı "Ziyagil köşkü" kimi qeyd edilən malikənin qarşısında "Beren Saatın inadına terrora yox!" şüarı altında aksiyas keçiriblər.
Xatırladaq ki, Saat 7 iyun seçkilərindən əvvəl sosial şəbəkədə HDP-ni dəstəkləyən paylaşımlar etdiyinə görə terrora dəstək olmaqda ittiham edilmiş və ölkəni tərk etməsi belə istənilmişdi.
Türkiyənin müxtəlif bölgələrində son zamanlar artan terror aktlarına qarşı etirazlar baş tutub.
Sentyabrın 6-da Haqqari vilayətinin Dağlıca kəndində basdırılan partlayıcının işə düşməsi nəticəsində 16 hərbçi şəhid olub, 6 nəfər yaralanıb. Hazırda Türkiyə Silahlı Qüvvələri bölgədə geniş miqyaslı antiterror əməliyyatları aparır.
"Ziyagil köşkü" kimi qeyd edilən malikənin qarşısında baş verənləri əks etdirən videogörüntüləri təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?