Türkiyənin Van, Mardin, Diyərbəkir vilayətlərinin bələdiyyə rəisləri işlərindən qovulublar. Onların yerinə müafiq olaraq həmin vilayətlərin valiləri qəyyum olaraq təyin edilib.
Türkiyənin Daxili İşlər Nazirliyi yaydığı məlumatda bunun səbəıbi kimi, həmin bələdiyyə rəislərinin terrora açıq dəstək vermələri, onların barəsində cinayət işinin açılması göstərilib.
Bələdiyyə rəislərinin də PKK-ya logistik dəstək verdikəri, dövlətin maliyyə imkanlarını PKK-ya yönəltdikləri, küçələrə məhv edilən terrçuların adlarının qoyulduqları, toplantılardan öncə terrorçuların xatirəsini andıqlarını, şəhid ailəlrinə qarşı təhqirlərə yol verdikləri və hətta rəsmi tədbirlərdə beləTürkiyə Cümhurriyyətinin himnini səsləndirməkdən imtina etdikləri məlum olub.
Həmin əyalətlərdə terrorun yenidən canlanmasına imkan verməmək üçün nazirlik onların görəvlərinə son verib. Eyni zamanda bu cür ünsürlərə qarşı mübarizənin genişləndiriləcəyini bildirib.
o da qeyd edilib ki, terrorla mübarizə çərçivəsində son zamanlar 2000-ə yaxın olan PKK-çı sayı hazırda 600-ə endirilib. Bu da son 30 ildə ən aşağı göstəricidir.
Türkiyənin polis orqanları son günlərdə 29 rayonda PKK-çılara qarşı böyük əməliyyata başlamış və 418-dən çox şübhəlini göz altına almışdı. Bələdiyyə sədrlərinin həmin əməliyyat çərçivəsində işdən atıldığı bildirilir.
Qeyd edək ki, terroradəstək verən bələdiyyə rəisləri işlərindən qovulmasına həmin vilayətlərin əhalisi tərəfindən də etiraz edilməyib.
Türkiyənin Daxili İşlər Nazirliyi bələdiyyə başkanlarının görəvdən alınmasına səbəb olan faaliyyətlərini geniş formada şəkillərlə yayımlayıb. AzPolitika.info həmin şəkilləri də təqdim edir:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?