GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prezidentin son çıxışına sözardı

Prezidentin son çıxışına sözardı

Tarix: 17-02-2013, 11:16 Bölmə :Ölkə Baxış: 712
Prezidentin son çıxışına sözardı

Əslində biz jurnalistlər ilin 12 ayı məmurlardan
yazırıq, danışırıq, onların qurbanlarını dinləyirik


Bilirəm, indi hamı onlardan danışır – məmurlardan! Ölkə prezidentinin dünənki çıxışı buna yol açıb. Əslində biz jurnalistlər ilin 12 ayı məmurlardan yazırıq, danışırıq, onların qurbanlarını dinləyirik. Mənim qəhrəmanım olan “Ülgüc Qurban” yadınızdadırmı?
“Qız qalası”nın düz yanındakı o tarixi binada böyük sahəyə sahib olan bu yaşlı kişini neçə ildir ki, məmurlar süründürürlər. Kəsəsi, evini söküb pulunu vermirlər. Qurban kişi daha kimlərə üz tutmayıb? Xeyri yoxdur. “Heç olmayacaq!” – deməyə də dilim gəlmir. Kişi bu illər ərzində bir yığın xəstəlik tapıb... Hərdən fikirləşirəm, görəsən, normal ölkədə məmur necə olmalıdır?
Onun ağzı-burnu, qulağı nə təhər olmalıdır? İştahı hansı ölçüyə sığmalıdır? Qucağı nə boyda açılmalıdır? Yükgötürmə qabiliyyəti nə qədər olmalıdır?
Fikirləşirəm, amma standartları müəyyənləşdirə bilmirəm. Yadıma yenə çox sevdiyim Əhməd bəy Ağaoğlunun “Sərbəst İnsanlar ölkəsində” əsəri düşür... Bu əsərdə məmurun bütün ölçüləri təsvir olunub.

Tamahına yiyə durursanmı?

Əsərin kölə qəhrəmanı azad olmaq istəyir, zəncirlərini qırır, qala divarlarını deşib azadlığa çıxır. Qarşısında iki yol var: Azadlıq və Köləlik yolu. O, birincini seçir və Sərbəst İnsanlar Ölkəsinə gəlib çıxır... Onu qarşılayan keşikçilərə: “Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm” – deyir.
Keşikçilər baxıb görürlər bu adam düz deyir, boynunda zəncirin, qollarında buxovların izi var. “Hə” – deyirlər, – görürük, əsarətin bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? “Anlamadım” – deyir əsirlikdən qaçan.
– Elə isə bu suallara cavab ver:
1. Tamahına yiyə durursanmı?
2. Doğrunu sevirsənmi?
3. Həqiqətə dözümün varmı?
4. Ləyaqət sahibisənmi?

Əlindəki sərvətin hesabatını ver!

Əsir qorxusundan hər şeyə “Hə” cavabını verir və Sərbəst İnsanlar Ölkəsinə daxil olur... Gözəl, abad bir ölkə, sakit şəhər!.. Adamların üz-gözündən xoşbəxtlik yağır (Can Bakı!) Necə dolandıqları üzlərindən bəlli... Ona ölkənin əsas yasasını – qanununu verirlər. Deyirlər, tanış ol! Orada nələr yoxdur?
- Azadlıq doğruya, cəsarətə söykənir;
- Yalan bu ölkədə yasaqdır;
- İkiüzlülük və yaltaqlıq ən ağır günahdır;
- Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır;
- Haqqı qorumaq vəzifədir;
- Çalışmaq vəzifədir;
- Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır;
- Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər;
- Hər bir məmur və hər bir vətəndaş gördüyü işlər və əlindəki sərvət haqında hər an hesabat verməyə hazır olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar...

Qaçmaq ağlından keçir

Adam mat qalır! “İndiyədək bunun tam tərsini görmüşəm, tam tərsini eşidib, tam tərsinə alışmışam” – deyir. Qaçmaq istəyir, amma sonra düşünür ki, bu, bir şərəf məsələsidir. Düzdür, dədə-babalardan, tarixdən gələn xasiyyətlərim var. Onlardan ayrılmaq çətindir. Ancaq hər necə olsa, çalışıb qeyrət göstərmək də mənim vəzifəmdir...
– Çalışıb qeyrət göstəririkmi?
– Tamahımıza yiyə dura bilirikmi?
– Həqiqətə dözümümüz varmı?
– Ləyaqət sahibiyikmi?
– Haqqı qoruyuruqmu?
– Ölkə işlərini yalnız təcrübəli ixtisas sahiblərinə tapşırırıqmı?
– Məmurların işini yoxlaya bilirikmi?
– Hər hansı məmur indiyədək əlindəki sərvət barədə sənə--vətəndaşa hesabat veribmi?
– Hesabat vermədiyinə görə ona cəza verən olubmu?
Bəs onda niyə “qudurğanlıq” bəlasından şikayətlənirik? Bu ki qaçılmazdır! Bunun ki, bir yolu var. Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı olmaq istəyiriksə, onun qaydalarına əməl etməliyik. Hər şey bu qədər bəsitdir. Ya da Əhməd bəyin qəhrəmanı kimi qaçmaq haqqında düşünməliyik. Başqa yolumuz yox!

SON

Əhməd bəyin qəhrəmanı bu əzablı yollardan çətinliklə də olsa keçməyi bacarır. Sonunda Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı olur. “Azad olmaq nə qədər çətin imiş!” – deyir.
Azadlığa hər zaman sadiq qalacağına and içir. Olduğu hər yerdə Azadlığı yayacağına və Qanunun maddələrini misal gətirəcəyinə and içir. Azadlıq və ölkə Qanunlarını qorumaq üçün, lazım gələrsə, öz xeyrindən əl çəkəcəyinə and içir. “Bu andlarımı pozsam, Azadlıq Mələyi mənim cəzamı versin!” – deyir.
Və etiraf edir: “Anladım ki, bütün varlığımla Azadlıq Mələyinə vurulmuşam!!!”...

P.S. Əsər 1930-cu ildə Ankarada mühacirətdə yazılıb..

Sevda İsmayıllı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayı kişini diri-diri yedi - VİDEO

    Ayı kişini diri-diri yedi - VİDEO ...

    25-11-2014, 00:23

  • 
  • Braziliyalı futbolçu yanğın qurbanlarını unutmadı

    Braziliyalı futbolçu yanğın qurbanlarını unutmadı ...

    20-05-2015, 22:28

  • 
  • Bakıda 53 yaşlı kişi evini fahişəxanaya çevirdi

    Bakıda 53 yaşlı kişi evini fahişəxanaya çevirdi ...

    4-02-2014, 00:28

  • 
  • Jurnalistlər üçün tikilən ikinci binanın təhvil veriləcəyi vaxt açıqlandı

    Jurnalistlər üçün tikilən ikinci binanın təhvil ...

    24-12-2015, 15:11

  • 
  • "Redaktorlardan birinin o binadakı evini zəbt edəcəm" - QALMAQAL

    "Redaktorlardan birinin o binadakı evini ...

    22-07-2013, 10:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu