Bu il keçiriləcək parlament seçkilərində “AĞ BLOK”-un 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədi Zəka Sahibin Qarabağ qazilərindən, nüfuzlu ağsaqqallardan və siyasi fəal gənclərdən ibarət 11 nəfərlik seçki qərərgahı yaradılıb.
Teleqraf.az-ın verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) Ağsu rayon şöbəsinin sədri Elşən Əlisoy seçki qərəgahının sədri seçilib. İclasda qərərgah üzvləri arasında iş bölgüsü aparılıb. Seçki qərəghanın iclası bitdikdən sonra millət vəkilliyinə namizəd Zəka Sahibin sənədləri Dairə Seçki Komisiyasına (DSK) təqdim edilib.
Seçki qərərgahının növbəti iclası 14.09.2015-ci il tarixinə təyin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?