GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan paradoksu

Azərbaycan paradoksu

Tarix: 17-02-2013, 11:19 Bölmə :Ölkə Baxış: 637
Azərbaycan paradoksu

Kosmocda peyki olan 19 ölkədən biri –
korrupsiya, avtoritarizm, anarxiya məmləkəti


Texniki tərəqqi böyük göstəricidir, amma o, hələ hər şey demək deyil. Texniki baxımdan irəlidə olan ölkə olub insanları həbsə atmaq, kitablardan tonqal qalamaq, müxalifət partiyalarını toplaşmağa qoymamaq da olur. Dünyaya elə-belə, təsadüfən qəliz demirlər, onu qəliz edən ölkələr var. Belə ölkələrin birində də biz yaşayırıq.

Kitab yandırmaq inkvizisiya dövrünü xatırladır

Ölkə artıq ikinci həftədir ki, bir romanla yaşayır. Bu roman haqda bu vaxta qədər yazdığım bir-iki cümlədən artıq bir şey yazmayacam. Amma kitab tonqallarına biganə qalmaq da olmur. Ölkə bir anın içində iki sınaq qarşısında dayandı. Birincisi, növbəti ittihamlara cavab vermək, ikincisi isə dözümlük göstərmək sınağı idi. Amma hər iki məsələdə başlanğıc uğurlu olmadı. Hakimiyyət hiss edirdi ki, cəmiyyətlə onun arasında bir çat yaranıb və bu çat Quba, İsmayıllı hadisələri, video qalmaqalı ilə, həbslərlə gündən-günə böyüyürdü. Ona görə də milli təəssübkeşlik hissindən yararlanaraq bu çatı kiçiltməyə cəhd etdilər. Amma nəticədə dünya ilə ölkə arasındakı çat böyüdü. Fransada soyqırımı tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun Azərbaycanda hansı etirazı doğurmuşdusa kitabların yandırılması da həmin etirazı doğurmalıdır. Düzdür, bu ölkədə məlum romana görə kimisə məsuliyyətə cəlb etmədilər. Amma kitabların yandırılması baş ucalığı gətirən çıxış yolu deyil, etirazı ifadə etmək üçün bundan dinc və mütərəqqi yollar var. Kitab yandırmaq inkvizisiya dövrünü xatırladır. Bu hadisənin fonunda bəlkə də gələcək üçün çox vacib olan bir qaydanı qəbul etmək yerinə düşərdi: nə yazmasından asılı olmayaraq heç bir müəllifi fikirlərinə görə məsuliyyətə cəlb etmək olmaz. Azərbaycanın praktikasında iki belə hadisə xatırlayıram: bir dəfə dinlə bağlı yazısına görə yazıçı, bir dəfə də Qarabağla bağlı müsahibəsinə görə jurnalist məsuliyyət cəlb olunmuşdu. Bəlkə də bu qalmaqallı romanın müəllifini onun yaşı və yaxud da tituluna hörmət məsuliyyətdən qorudu. Amma yaxşı haldır ki, ölkə belə son tədbirə əl atmadı. İnsanlara qınaq etməyi, öz etirazını bildirməyi yasaq etmək olmaz, necə ki, həmin qalmaqallı romanın müəllifi öz dırnaqarası etirazını bu yolla ifadə etdi. İndi o sakitcə insanların münasibətini seyr etməlidir. Bu münasibətdə xoşa gəlməyən çalarlar ola bilər, amma bir şeydən qaçmaq lazımdır: zor və bir də kitabları yandırmaq olmaz. Siyasiləşmiş dünyada bir çox hallarda səbəbə yox, nəticəyə baxırlar. İndi də gözlər Azərbaycana dikilib. Bu gün müşahidə olunan etirazlar öz əksini beynəlxalq hesabatlarda tapacaq. Ona görə də bir az əvvəldə yazdıq ki, bu, həm də dözümlülük sınağıdır…

Hər halda yer fırlanır…

Nə yazmasından asılı olmayaraq yazıçı nəyisə yazır və onu oxucularının mühakiməsinə verir. Bundan sonra o, sərbəstdir. Artıq onun haqqında deyil, onun yazdığı haqda danışmaq, fikir yürütmək lazımdır. Yazıçını fikrindən daşınmağa təhrik etmək yenə də mənə inkvizisiya dövrünü xatırladır. Burada yadıma G. Galilei-in (Q. Qaliley) məhkəməsi düşür. Onu fikirlərindən daşınmağa vadar etmək istəyirdilər. Alim bunu qəbul etsə də sonda ayağa qalxıb, «Hər halda Yer fırlanır» - demişdi. Mənim indi qalmaqallı romanın müəllifini böyük fiziklə müqayisə etmək fikrim yoxdur, çünki o, səhv etməyə bilərdi, çünki onun bəhs etdiyi hadisələr Yerə daha yaxındır. Amma presedent presedentdir. Kilsə üstündən yüz illər keçəndən sonra bir daha həmin məşhur məhkəməyə qayıtdı və Galilei-ə, səhv etmirəmsə, bəraət qazandırdı. Yazıçıya münasibətdə biz də ifrata varmayaq, unutmayaq ki, nə yazmasından asılı olmayaraq bu adam sadəcə yazı yazıb, başqa bir şey etməyib, bizi daşa basmayıb, ayağımızı tapdamayıb. Yazıya yazı ilə cavab vermək, dinc etiraz etmək normal haldır, hətta ictimai müzakirə də keçirmək bir o qədər də səhv addım deyil. Amma kitab tonqallarına bəraət qazandırmaq çox çətindir.

Kiçik sözardı

Bu yazını elektron demokratiya haqqında yazmaq istəyirdim. Bəli, peyk məsələsi mənim də xəyallarımı bir az göylərə qaldırmışdı. Amma baxıb gördüm ki, hələ tezdir. Demokratiyanın hələ sadəsindən başlamaq lazımdır. Nə olsun ki, günümüzün yarısı kompüter arxasında keçir?! Nə olsun ki, peyki olan 19 ölkədən biriyik?! Çox təəssüf ki, bu, bizə kitablardan tonqal qalamağa mane olmur…
Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyalı proqramçılar "Snaappy" adlı yeni çat proqramı yaradıblar.

    Rusiyalı proqramçılar "Snaappy" adlı ...

    21-03-2016, 15:07

  • 
  • Ən çox erotik kitab oxuyan ölkə

    Ən çox erotik kitab oxuyan ölkə ...

    16-02-2014, 21:21

  • 
  • Üçüncü siyasi qüvvə faktoru

    Üçüncü siyasi qüvvə faktoru ...

    13-01-2013, 13:13

  • 
  • Xaşxaş toxumu içində kitab

    Xaşxaş toxumu içində kitab ...

    4-03-2016, 00:17

  • 
  • Demokratiya əvəzinə texniki tərəqqi

    Demokratiya əvəzinə texniki tərəqqi ...

    10-02-2013, 10:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu