GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Üçüncü siyasi qüvvə faktoru

Üçüncü siyasi qüvvə faktoru

Tarix: 13-01-2013, 13:13 Bölmə :Manşet Baxış: 839
Üçüncü siyasi qüvvə faktoru

Hakimiyyətin ehtiyat etdiyi əsas siyasi
ünvan da ənənəvi müxalifət deyil


Bu ildən deyəsən gileylənmək lazım gəlməyəcək. Heç bir ay ötməyib, amma adam artıq siyasi xəbərlərin pressinqini hiss edir. Belə təsəvvür yaranır ki, il siyasi baxımdan gərgin keçməyi vəd edir. Hətta siyasi qüvvələrin ənənəvi spektrində yeni vektorların peyda olması da istisna olunmur. Təsadüfi deyil ki, ölkənin əsas aparıcı media orqanları və burada çalışan analitiklər məhz baş verən proseslərin ölkə siyasətində hansı dəyişikliklərə gətirib çıxaracağını başa düşməyə cəhd edirlər.
Bir-iki gündür ki, siyasi gündəmi üçüncü siyasi qüvvə haqqında təhlillər zəbt edib. Ziyalılar Forumuna istinadən səslənən fikirlərdə prezident seçkisinə yeni qüvvənin qatılacağı haqda xəbərlər yayılır. Bir tərəfdən bu, adi haldır. Hər seçki dövründə bir qayda olaraq üçüncü qüvvə haqqında danışılır, artıq buna bir qədər adət də etmişik. Amma əvvəllər onu «çıraqla axtarmaq» lazım gəlirdisə bu dəfə hətta siyasi ünvanı da göstərmək mümkündür. İstisna deyil ki, həmin üçüncü qüvvə ya elə adını çəkdiyimiz Forumdan başlanğıc götürəcək, ya da onun müdafiə etdiyi qüvvə olacaq, çünki bu quruma yaxın fəallar belə işin getdiyini inkar etmirlər. Amma maraqlıdır ki, digərləri bu işdən tamam xəbərsiz olduqlarını bildirirlər. Təsadüfi deyil ki, məhz bu arada mətbuata hakimiyyətlə müxalifəti görüşdürmək məqsədilə keçirilən müzakirələr haqda məlumatlar, 2003-cü ildə mühafizəkar siyasi qüvvələrin təqsiri ucbatından baş tutmayan böyük dəyişikliklər və hətta siyasi islahatlar haqda informasiyalar sızdırılır. Son vaxtlar geniş rezonans almış məşhur video qalmaqalının da elə həmin mühafizəkarları siyasi səhnədən sıxışdırıb çıxarmaq məqsədi güddüyü haqda fərziyyələr səsləndirilir. Qərəz, ölkənin peşəkar siyasi dairələrində düşünmək və bəyanat vermək üçün mövzu kasadlığı duyulmur. Amma bir məsələ var ki, qaynar informasiyalar oxucu kütləsi toplamaq üçün nə qədər əlverişlidirsə, təhlil üçün bir o qədər yararsızdır, çünki təhlil soyuq mühakimələrə daha çox üstünlük verməyə alışıb.
Sözsüz, son bir-iki ayın siyasi mövzusu video qalmaqalı hesab edilə bilər. İnsanlar heç cür inana bilmirlər ki, belə bir qalmaqal ölkə siyasətində tam təsirsiz ötüşsün. Onlar müəyyən mənada haqlıdır. Amma ölkənin siyasi ab-havası haqda məlumatlı olanlar bunu sakit qarşılayırlar, çünki bu vaxta qədər o qədər oxşar qalmaqallar və açıqlamalar olub ki, onlara görə istefa verən olsaydı indi hakimiyyətdə adam qalmazdı. Bir məsələ var ki, insanlar bu məsələnin nəticəsində istefalar gözləyirsə, deməli onlar bunu istəyirlər. Ən çox istefası gözlənilən adamlar artıq özlərinin tamam ahıl çağlarındadır və bu baxımdan onların istefası bir o qədər də qeyri-real görünmür. Amma Azərbaycanda bir siyasi ənənə formalaşıb – atalar siyasi estafeti oğullara ötürürlər. Məhz buna görə də siyasi sistemin total şəkildə dəyişməyəcəyi təqdirdə belə istefaların hansı müsbət nəticələrə gətirib çıxaracağı bir qədər mübahisəlidir. O ki qaldı, gərgin siyasi fonda hakim partiyanın hələ də susmasına, özünün «namizədinin adını çəkməməsinə», düşünürük ki, bu, bir zaman məsələsidir, artıq bir neçə dəfə namizədin İlham Əliyev olacağı bildirilib. Sadəcə, onun rəsmiləşdirilməsi qalıb. Hakimiyyət tələsmir və onun tələsəsi yeni bir ünvanı da yoxdur. Güman edirik ki, müxalifət seçkiyə münasibətdə o qədər tələsir ki, hətta bu seçkinin əvvəlkilərdən fərqini də unudur. Bəlkə də seçkidə özünün iştirakını şərtləndirmək müxalifətin maraqlarına daha çox cavab verərdi. İndisə sanki müxalifət demək istəyir ki, biz hazırıq, buyurun, seçkini keçirin. Zənnimizcə, elə hakimiyyətin ehtiyat etdiyi əsas siyasi ünvan da ənənəvi müxalifət deyil, çünki onların siyasi davranışını proqnozlaşdırmaq elə də çətinlik törətmir. Hakimiyyət də tamam başqa bir siyasi vektorun meydana çıxa bilməsindən ehtiyat edir.
Bəli, bura Avropa deyil. Avropa mentaliteti, düşüncəsi siyasi qalmaqallara daha həssas olur. Fikriniz Gürcüstana getməsin. Gürcüstan bir daha sübut etdi ki, onun insanlarına Avropa siyasi davranış tərzi daha yaxındır. Hətta fərz etmək çətindir ki, hansı siyasi qalmaqal olmalıdır ki, o, Azərbaycan cəmiyyətinə ciddi təsir etmiş olsun. Əslində Quba hadisələri mentalitetin güzgüsü oldu. Başqa məsələlərə gələndə isə, nə deputat mandatlarının bazara çıxarılması, nə böyük və kiçik məmurların sərvəti, nə hətta ən səbirli adamı belə hövsələdən çıxaracaq işgəncə faktları orta statistik azərbaycanlını heyrətləndirmək iqtidarında deyil. Bəlkə də bütün bunların bir qədər passiv ifadəsi - seçkidə izharı daha ehtimallı ola bilərdi. Amma kim deyə bilər ki, bu il keçiriləcək seçki əvvəlkilərdən tamam fərqlənəcək?
Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakim komandanın seçki dilemması

    Hakim komandanın seçki dilemması ...

    26-06-2013, 23:07

  • 
  • Azərbaycanda parlament seçkisinə start verildi - "Ağ Blok" özünü təqdim etdi

    Azərbaycanda parlament seçkisinə start verildi - ...

    24-08-2015, 14:55

  • 
  • Azərbaycan siyasətinin üçüncü prezidentlik problemi

    Azərbaycan siyasətinin üçüncü prezidentlik ...

    9-05-2013, 13:52

  • 
  • Müxalifətlə iqtidarın seçki dərdi

    Müxalifətlə iqtidarın seçki dərdi ...

    8-01-2013, 10:08

  • 
  • Xarici siyasət: balansın sonu, yoxsa başlanğıcı?

    Xarici siyasət: balansın sonu, yoxsa başlanğıcı? ...

    15-12-2012, 13:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu