GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Peyğəmbərin nəvələri niyə Bakını seçirdilər? - Ərəbistandan Bibiheybətə uzanan yol

Peyğəmbərin nəvələri niyə Bakını seçirdilər? - Ərəbistandan Bibiheybətə uzanan yol

Tarix: 11-09-2015, 13:48 Bölmə :Ölkə Baxış: 0
Peyğəmbərin nəvələri niyə Bakını seçirdilər? - Ərəbistandan Bibiheybətə uzanan yol

Xalq arasında ziyarətgahlara həmişə inam olub. İnanmışıq ki, bura niyyətlərin, arzuların yerinə yetirilə biləcəyi ən müqəddəs yerdir. Belə ziyarətgahlardan biri də müqəddəs “Bibi Heybət”dir.

Uşaqkən xatırlayıram, yaşadığımız Neftçala ryonunun Qoltuq qəsəbəsində Bibi Heybət məscidinə gedərdik. Bizim rayon əhlinin dili ilə desək, Bibi Heybət pirinə. Məscid orada yaşayan bir xanımın həyətində yerləşirdi. Məscidin qabağında daşdan hazırlanmış balaca kümbəz vardı. Deyilənə görə, oradan kimyə axırdı (Kimyə - xalq arasında müqəddəs hesab edilən torpağa deyilir). Məscidi ziyarətə gələn insanların hamısı bu kimyədən, yəni torpaqdan götürüb evinə aparardı. Hamı inanardı ki, bu torpaq xəstiklərin dərmanıdır. Məscidin ortasında üstü rəngbərəng xaralarla örtülü qəbir vardı. Gələn-gedən bura pul, yaxud da konfet qoyurdu. Hətta qəbrin üstündə olan konfetlər də müqəddəs hesab edilir, ziyarətə gələnlərə verilirdi. Deyilənə görə, bura Həkimə xanımın məzarıdır. Biz də, hər dəfə gedəndə o qəbrin ətrafında fırlanıb, pul qoyurduq...

Bakıya gəldikdən sonra burada da Bibi Heybət məscidinin olduğunu gördüm. Məsələnin tam mahiyyətinə varmaq üçün araşdırma aparmağa qərar verdim. İnternet, kitab və ekspetlərdən aldığım məlumatlara birlikdə nəzər salaq.

Məscid Bakı şəhərinin indiki Bibiheybət qəsəbəsində, Xəzərin sahilində yerləşir. Məşədixanım Nemətin “Azərbaycan pirləri” kitabından oxuyuruq: “Rəvayətə görə, kompleks şiələrin səkkizinci imamı Əli-ər-Rzanın orada dəfn olunan bacısının, yeddinci şiə imamı Musa əl-Kazımın qızı Həkimə xanımın məqbərəsi ətrafında meydana gəlib. Rəvayətlərə görə, Həkimə xanım xəstələnib. Yaxın adamları və nökərləri ilə birlikdə 9-cu əsrdə həmin kəndin içində axan nazil suyuna möhtac olduğu üçün buraya gəlib. Ancaq xəstəlik qəfil gəldiyinə görə, Həkimə xanım vəfat edib və elə burada da dəfn olunub. Onunla gələnlər isə bu yeri tərk etməyib, burada kənd salıblar”.

Maraqlıdır, bəs "Bibi Heybət" adı hardan gəlib? Bildiyiniz kimi, ərəb dilində hərflər bir neçə cür səslənir. “Hacı” sözünün birinci hərfi ərəb dilində “həy”, “Bəbir” sözünün birinci hərfi isə “bə”dir. Əslində, Hacı Bədir və Heybət eyni adamdır. O ki, qaldı "bibi" sözünə, Həkimə xanıma insanlar "bibi" deyə müraciət edirmişlər. Sonralar bu məscid "Bibi Heybət" adı ilə ziyarətgah kimi tanınıb.

Ziyarətgahın cənub divarındakı yazıya əsaslanaraq tarixçilər məscidin tikilmə tarixinin 1281-1282-ci illərdə olduğunu düşünürlər. Məscidin divarındakı ərəbcə yazıda deyilirː "Mahmud ibn Sədin əməlidir".

Mənbələrdə Səfəvi şahlarından Şah Təhmasib və Şah Abbasın hakimiyyəti illərində burada geniş tikinti və abadlıq işlərinın aparılması barədə məlumatlar var. Zaman keçdikcə ziyarətgahın ətrafında yeni tikililər və şeyxlərin türbələri inşa edildi. Çox təəssüf ki, VII-VIII əsrlərin yadigarı olan bu müqəddəs məkan sovet hakimiyyəti dövründə repressiyanın qurbanı oldu. Ziyarətgah 1934-cü ildə iki dəfə tamamilə dağıdılıb, yerində Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi şərəfinə “Qələbə tağı” ucaldıldı və Stalinin heykəli qoyuldu. Lakin Sovet imperiyasının təbliğ etdiyi allahsızlıq ideologiyası xalqa bu müqəddəs yeri unutdurmağı bacarmadı. İnanclı insanlar dağıdılmış ziyarətgahla üzbəüz, pilləkənlərlə dağın zirvəsinə gedən yolun kənarında namazgah inşa etdirdilər.

İlahiyyatçı alim Elşad Miri Bibi Heybət məscidi haqqında ATV.az-la söhbətində qeyd etdi ki, nə Bibi Heybət məscidi, nə Gəncədəki İmamzadə, nə də Gədəbəydəki Haçaqaya məscidi haqqında mənbələrdə heç bir dolğun məlumat yoxdur: “Niyə hansısa imamın qohumu Azərbaycanda dəfn olunmalıdır? Yaxud da, niyə bu gün Nardaranda hansısa pir ortaya çıxmalıdır? Qurani-Kərimdə, həmçinin Peyğəmbərin hədislərində belə məsələlərlə bağlı heç bir məlumat yoxdur”.

Qeyd edək ki, Respublika EA Tarix İnstitutunun Elmi arxivində vaxtilə “Bibi Heybət” kitabələrindən çəkilmiş bir foto-neqativ saxlanılır. Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimlinin sözlərinə görəsə, Bibi Heybət məscidi haqqında bu gün deyilən fikirlər tarixi baxımdan doğrudur: “Mərhum Ziya Bünyadov təsdiq etdi ki, Həkimə xanımın qəbri Bakıda - Bibiheybət qəsəbəsində yerləşir. Orda 4 məzar var. Həmin məzarlar da müqəddəs insanların məzarıdır. Ətraf yerlərdə Bibi Heybət məscidinin olması da xalqın istəyindən, sevgisindən qaynaqlanır. Çünki insanlar bu şəxsləri sevir. Məsələn, Yunis Əmrənin çoxlu yerdə məzarı var. Amma Həkimə xanımın Bibiheybətdə məzarının olması birmənalı şəkildə öz təsdiqini tapıb”.

Maraqlı faktlardan biri də budur ki, şairə Xurşudbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olsa, pirə yol çəkdirəcək. Xanımın nəziri qəbul edilir və övlad sahibi olur. Öz əhdinə sadiq qalan şairə pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla məscidə gəlir.

Quba xanı Fətəli xan isə vəsiyyət edir ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilir. Yalnız başdaşı Tarix Muzeyində saxlanılır.

Məscidin adına yerli və avropalı tədqiqatçıların və səyyahların əsərlərində rast gəlinir. Bunlara misal olaraq Abbasqulu ağa Bakıxanov, İlya Berezin, Yevgeni Paxomov və xüsusilə erkən XX əsr Azərbaycan tarixçisi Q.Sadiqini göstərmək olar.

Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra dağıdılmış məscidlər bərpa edilməyə başladı. 1994-cü ildə Heydər Əliyev, 1936-cı ildə qədim məscidin dağıdıldığı yerdə yeni məscidin tikilməsi barədə sərəncam imzaladı. Məscidin təntənəli açılışı 1999-cu ilin may ayında oldu.

14 iyul 2008-ci ildə məscidin yenidənqurma və bərpasından sonra açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi.

Qeyd edək ki, 11 il davam edən təmir işləri nəticəsində məscid Şərq memarlıq üslubu ilə təmir edildi. “Bibi Heybət” məscidinin iki minarəsindən biri hazırda Heydər Əliyevin adını daşıyır.

Məscidin birinci və ikinci mərtəbələrində, mərkəzi salonda, foyenin tavanında, zirzəminin divarlarında incə memarlıq nümunələri əksini tapıb. Burada smaltdan rəngbərəng şüşə, şüşə materiallardan ibarət mozaikada Qurani-Kərimdən «Ən-Nisa» surəsi yazılıb. Ümumiyyətlə, məscidin müxtəlif guşələrində Quranın müxtəlif surələri əksini tapıb. Ziyarətgahın ətrafından keçən magistral yol genişləndirilib. Məsciddə də ilk dəfə muzey və kitabxana zəvvarların ixtiyarına verilib. Məsciddə qadın və kişilərin ayrı-ayrılıqda namaz qılmaları üçün müvafiq şərait yaradılıb. İnşaat və tərtibat işləri klassik Şərq üslubunda aparılıb.

Xəyalə Coşqun
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - VİDEO - FOTOLAR

    Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı ...

    1-10-2017, 13:23

  • 
  • Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa qalxdı - (Video)

    Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa ...

    18-03-2015, 10:51

  • 
  • Müqəddəs Kəbə belə təmir olunur - (Fotolar)

    Müqəddəs Kəbə belə təmir olunur - (Fotolar) ...

    24-11-2013, 13:23

  • 
  • “Heydər” məscidinə giriş pulludur? – “Kim maşın saxlamaq istəyirsə...”

    “Heydər” məscidinə giriş pulludur? – “Kim maşın ...

    10-08-2022, 17:04

  • 
  • Heybət İmanov arzusuna çata bilmədi... - GƏLİŞMƏ

    Heybət İmanov arzusuna çata bilmədi... - GƏLİŞMƏ ...

    2-04-2020, 20:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu