Sosial Müdafiə Mərkəzinin direktoru Nəsrulla Həsrətov inspektorlarını makler kimi işlədir
Zaqatalı Əhalinin Sosial Müdafiəsi Mərkəzində açıq azar fəaliyyət göstərir. Bu barədə mətbuata rayon sakinləri məlumat veriblər.
Onların bildirdiyinə görə, rayon ƏSMM-in direktoru Nəsrulla Həsrətov inspektorlarının əliylə ünvanlı sosial yardım satışını həyata keçirir. Mətbuata məlumat verən şəxslər bildirirlər ki, Həsrətov ondan yardım istəyən şəxsin damarına baxıb, «qanını» alır. Belə ki, kasıblar üçün ünvanlı sosial yardım almaq 800 manata, nisbətən imkanlılar üçün isə 1000 manata başa gəlir.
Məlumatda vurğulanır ki, ƏSMM direktoru başqa şəkildə müraciət edənlərin istəklərini qəbul etmir və bunun üçün min bir bəhanə uydurur. İddia olunur ki, direktor tələb olunan pulu verə bilməyənlərdən elə iradlar tutur ki, bu nə qanunda yazılıb, nə də qəbul edilməsi mümkün deyil. Məsələn, Zaqatalada 800 manat vermədiyi üçün kasıb ailənin evində elektrik sayğacının olmaması əsas götürülərək, ünvanlı sosial yardım verilməsi qadağan edilib.
Danışan Zaqatala sakinləri onu da vurğulayırlar ki, Nəsrulla Həsrətov təkcə bu işlərlə deyil, digər «əməliyyat»lart vasitəsiylə də pullar qazanır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?