Prezident İlham Əliyevin Xətai rayonu, Əhmədli qəsəbəsindəki 5 saylı texniki-peşə liseyinin açılışında iştirak edəcəyi gözlənilir.
Virtualaz.org saytı xəbər verir ki, yerli icra hakimiyyəti orqanları dövlət başçısının gəlişi ərəfəsində qəsəbədə müəyyən abadlıq işləri görüblər.
Lakin liseyin yaxınlığındakı ərazilərin abadlaşdırılması zamanı kuryozlar da olub. Bu da ondan ibarətdir ki, həmin ərazinin yalnız məhdud bir hissəsi abadlaşdırılıb. Məmurlar yalnız prezidentin gözünə dəyə biləcək ərazilərdə asfaltlama, rəngləmə və təmir işləri aparıblar, qalan yerlər isə əvvəlki kimi bərbad durumda qalıb.
Prezidentin keçib gedəcəyi ərazidən 20 metr o tərəfdə isə asfaltlanmış yol qurtarır. Elə rənglənib ağardılmış hasar da, yaşıllıq zolağı da. Və adi Əhmədli başlayır.
Bu mənzərəni təqdim etdiyimiz fotolardan da aydın görmək olar.
Sorğu
Yeni dizaynımız necədir?