AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev sosial şəbəkələrdə rəhbərlik etdiyi komitədə təmsil olunanlara qarşı səsləndirilən təhqir dolu ifadələrlə bağlı fikirlərini açıqlayıb. Cebhe.info həmin fikirləri təqdim edir: “Təbii ki, hörmətli Əli Kərimlinin ətrafında olan və göstəriş alanlar içində bu adamdan da tərbiyəsiz və əxlaqsız yazanlar olub. Onların hamısı skrinşot olunub və saxlanılır. Mənə çox pis təsir edən bu yaramazın yazdıqları yox, onun yazdığını bəyənənlərdir. Bu tərbiyəsiz, əxalq və mentalitetdən çox uzaq söyüşü bəyənənlər içində hörmətli Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin Rəyasət Heyətində təmsil olunan bir neçə şəxs, onun ən yaxın adamları da var.
Eldar Hüseynov, sürücüsü və küfr dağarcığı Kərim Mehdiyev, Ağaşirin bəy demişkən, sərancamsız müşaviri Məmməd İbrahim, Şəki şöbəsinin sədri Rauf Əbdürrəhmanlı, Nərimanov şöbəsinin yalnız qalan və bir nəfərdən ibarət tərkibin sədri Hacı Abbaslı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli, hörmətli Həsən Kərimovun həyat yoldaşı Almaz xanım Rəhimova, onlarla digər tanınmış adam… Mən bu skrinşotu edən zaman onu bəyənənlər 95 nəfər idi, bu gün isə 126 nəfərdir. Daha baxmıram kim "bəyəndim"ini geri çəkib, kim yeni qoşulub. Faktları da bu yazıma qoşuram. Burada adı keçən Eldar Hüseynov, Kərim Mehdiyev, Məmməd İbrahim, Rauf Əbdürrəhmanlı, Hacı Abbaslı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimliyə, bu təhqir və binamusluq, ləyaqətsizlik yağan statusa rəvac verən Əli Kərimliyə, onun yaxın ətrafına və onlarla digər bu statusu bəyənənlərə üzümü tutub soruşuram: əgər bu mədəniyyətsiz gənc belə bir ləyaqətsiz və binamus staus yazıbsa və siz də onu bəyənmisinizsə, o zaman belə çıxır ki, siz bizlərin anasının, bacısının və arvadının namusuna göz dikmisiniz. Bunu yazmaq mənə çox ağır və sarsıdıcıdır. Bunu bizim də anamiz, bacımız və xanımlarımız oxuyacaq. Bu şərəfsizlikdir, amma sizin bizə verdiyiniz faktdır. Belə çıxır ki, siz düşünürsünüz ki, biz onları satmağa hazırıq və siz də onları almağa, namusunu ləkələməyə, onlara binamus və ləyaqətsiz gözlərlə baxmağa hazırsınız. Budurmu sizin cəmiyyətə verdiyiniz dəyər, humanistlik, namus və qeyrət? Əli Kərimli sənə səslənirəm. Budurmu sənin bizə vədin? Budurmu sənin vəd etdiyin demokratik cəmiyyət? Hakimiyyəti dəyişsəniz, sizə qarşı çıxıb, tənqid deyənlərin anasına, bacısına və arvadınamı sataşacaqsınız? Budurmu ləyaqət, şərəf və namus? Mən bütün dostlarıma, qohumlarıma və tərəfdarlarıma səslənirəm. Heç bir zaman bu statusumdan təsirlənməyin. Heç bir qanunsuz hərəkətlər etməyin, heç kimə qarşı ləyaqətsiz və alçaldıcı şərh yazmayın. Qoy onlar bizi alçaltsınlar, söysünlər, analarımızın, bacılarımızın və arvadlarımızın namusuna ləkə yaxmaq üçün çalışsınlar. Amma biz dözəcəyik. Biz cəmiyyətə yaxşı və humanist, namuslu mesajlar verəcəyik. Hər bir Azərbaycan xanımı, bizi söyənlərin, bizim namusumuza əl uzatmaq istəyənlərin ana və bacıları, xanımları bizim bacılarımız və analarımızdır. Bunu həmişə belə bilin. Buradan Azərbaycan xalqına, hər bir Facebook istifadəçisinə səslənirəm. Bu statusu bəyənənlərin skrinşotunu əlavə etmişəm. O adamları “Facebook”dan tapın və utandırın, onları rüsvay edin. Şəkilləri ilə birlikdə Ayət İsmayılın statusunu paylaşın və deyin ki, o ləyaqətsizcəsinə Azərbaycan qadınlarının namusuna göz dikib. Mən bütün media rəhbərlərinə səslənirəm. Bu adamları tapın və onlara sual ilə müraciət edin: Siz siyasi düşmən hesab etdiyiniz insanların anasına, bacısına və arvadına namussuz gözlərlə baxdığınızdan xəcalət çəkirsinizmi? Siz bundan sonra dostlarınızın, tanışlarınızın evinə hansı üzlə gedəcəksiniz? Demək ki, siz hər zaman Azərbaycan qadınına alçaldıcı və şəhvət hissləri ilə baxmısınız? Cavablarını tirajlayaq. Onları çətin suallar qarşısında qoyaq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?