GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əxlaqsız statusu bəyənən universitet müəllimi – Eldar Hüseynov

Əxlaqsız statusu bəyənən universitet müəllimi – Eldar Hüseynov

Tarix: 16-09-2015, 22:23 Bölmə :Ölkə Baxış: 0
Əxlaqsız statusu bəyənən universitet müəllimi – Eldar Hüseynov

Artıq neçə gündür ki, sosial şəbəkələrdə özünü radikal müxalif partiyanın lideri hesab edən şəxsin – yəni Əli Kərimlinin yazdırdıqları söyüş və təhqir dolu statuslar cəmiyyətdə birmənalı şəkildə etiraza səbəb olub.

Təhqir dolu statuslardan birinin müəllifi Ayət İsmayıl adlı şəxs dediyimiz kimi Əli Kərimliyə çox yaxın olan birisidir. Konkret desək, onun icazəsi, göstərişi və şəxsi tapşırığı olmadan nə danışmır, nə də sosial şəbəkədə nəsə yazmır, paylaşmır.

Bu dəfə də Razi Nurullayev və AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə daxil olanlar haqqında bu adamın yazdığı statusun sifarişi birmənalıdır ki, Əli Kərimlidən gəlib. Bu sübuta ehtiyacı olmayan faktdır.

Əli Kərimli öz düşüncələrini sadəcə bu adamın adından paylaşıb. Küçə söyüşləri ilə dolu, heç bir əxlaqa, mədəni davranışa, etikaya sığmayan şərəfsizcəsinə yazılan statusu yazan gənc olsa da, sifarişi verən bəlli olsa da, bu statusu bəyənənlər nisbətən daha təcrübəli sayıla biləcək, siyasi mübarizə qaydalarından az-çox xəbərdar olmalı olan, ən azından söyüşün mübarizə vasitəsi yox, zəiflik və acizlik nümunəsi olduğunu bilməyə yaşları imkan verən adamlar, partiya üzvləridir (bəziləri Milli Şura üzvləridir-müəl.).

AXCP-nin Əli Kərimli qanadında təmsil olunanların Razi Nurullayevin rəhbəri olduğu AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvlərinə qarşı yazılan söyüş və təhqir dolu statusları bəyənən, özlərini siyası fiqur hesab edən və cəmiyyətdən də özlərinə qarşı belə münasibət gözləyən bəzi adamlar və funksionerlər daha sonra etdikləri hərəkətin fərqinə vararaq, bəyəndikləri status haqda məlumatsız olduqlarını deməklə, yaxud sadəcə açıqlama verməkdən yayınmaqla vəziyyətdən çıxış yolu axtarırlar.

Fakt isə faktlığında qalır- tərbiyə və əxlaq sərhədini aşanlara bu yolda “yaşıl işıq” yandırmaq mahiyyətcə bir-birindən o qədər də fərqlənmir. Məsələn, kəskin etirazlara səbəb olan təhqir dolu statusları bəyənənlərdən biri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli bu haqda məlumatsız olduğunu və “bu mövzularda müsahibə vermirəm” deyərək çıxış yolunu telefonu söndürməkdə gördü.

Statusu bəyənənlər sıyahısında adı olan daha bir nəfər, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, AXCP-nin Əli Kərimli qolunun Rəyasət Heyətinin üzvü Eldar Hüseynov da görəsən əslində nəyin altına “imza” qoyduğunun sonradan fərqində olubmu? Hər halda telefon zənglərinə cavab verməyən Eldar bəy bununla universitet müəllimi kimi tərbiyə sərhədini aşan sözlərlə həmfikir olduğunu, siyasi mübarizəsinin ancaq söyüş və təhqirdən ibarət olduğunu nümayiş etdirmiş oldu. İndi belə bir müəllimin tələbələrinə necə nümunə olacağı sual altındadır. Belə bir “siyasətçi”nin cəmiyyətə faydasından danışmağa dəyməz.

Əslində bu tip adamlar elə cəmiyyətdə də, işlədikləri müəssisələrdə də alaq otlarıdır. Təcrid olunmalı və təmizlənməli. Universitet müəlliminin təkcə bilik vermək yox, həm də sağlam düşüncəli gənclik yetişdirmək kimi bir məsuliyyəti var. Ancaq indiki halda Eldar Hüseynovun bu məsuliyyətin öhdəsindən necə gələcəyi aydındır. Deməli, onun leksikonu tələbələrinə də sirayət edəcək.

Tələbələri də söyüşü, təhqiri həyat kredosu seçəcək, necə ki Eldar Hüseynov seçib. Belə bir şəxsin universitet auditoriyasına buraxılması özü yolverilməzdir.

Ümid edirik ki, universitet rəhbərliyi bununla bağlı ölçü götürəcək. Biz də Cəbhə.info olaraq, məsələni diqqətdə saxlayacaq və onun çalışdığı Azərbaycan Dövlət İqdisad Universitetinin rəhbərliyindən də bu müəllimin hərəkətinə mövqe öyrənməyə çalışacağıq.

Vilayət Muxtar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əxlaqsız statusu “like” edənlərdən biri – İbrahim İbrahimli

    Əxlaqsız statusu “like” edənlərdən biri – İbrahim ...

    15-09-2015, 15:57

  • 
  • Əxlaqsız statusa dəstək verən dindar məktəb “müəllimi” - Sahib Rüstəmli

    Əxlaqsız statusa dəstək verən dindar məktəb ...

    17-09-2015, 19:25

  • 
  • Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı...

    Suraxanı cəbhəçiləri də Əli Kərimlidən ayrıldı... ...

    7-09-2015, 13:53

  • 
  • Razi Nurullayev: "Xalqın ana, bacı və arvadına sataşan Azərbaycan siyasətçiləri"

    Razi Nurullayev: "Xalqın ana, bacı və ...

    15-09-2015, 16:29

  • 
  • Yeni AXCP yaranır: Razi Nurullayev "Azadlıq" qəzetinə "Əlini burax,yanımıza gəl" dedi

    Yeni AXCP yaranır: Razi Nurullayev ...

    20-08-2015, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu