GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gömrükçülərin həbs etdiyi ər-arvaddan şok açıqlamalar

Gömrükçülərin həbs etdiyi ər-arvaddan şok açıqlamalar

Tarix: 17-09-2015, 19:33 Bölmə :Ölkə Baxış: 0
Gömrükçülərin həbs etdiyi ər-arvaddan şok açıqlamalar

Prokurorluq ər-arvadın cəzasını artırılmasını istədi, məhkəmə onlardan birinnin cəzasını 10 ilə qədər artırdı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Bərdə şəhər sakini Zeynal Cəfərov və Bakı şəhər sakini Səadət Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Zeynal Cəfərov 16 aprel 2014-cü ildə vətəndaş nikahında olduğu Səadət Abbasova və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girib.

Zeynalın göstərişinə əsasən Səadət Abbasova aprelin 17-də Astara Gömrük İdarəsindən keçməklə İran İslam Respublikasına gedib. O, apreli 20-də Ərdəbil şəhərində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən külli miqdarda - 500,104 qram narkotik vasitə olan heroin əldə edib.

Səadət Cəfərova malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin narkotik vasitə olan heroini 257,799 qram və 242,305 qram olmaqla iki bağlamada qablaşdıraraq ssaxlayıb. O, narkotik vasitə heroin olan bağlamalarından birini əynindəki tumanının altında, digərini isə qoltuğunun altında yerləşdirib. Səadət aprelin 21-də, saat 17 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsindən narkotik vasitəni gizli olaraq keçirib.

“Bir neçə dəfə məhkum olunmuşam”

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Cəfərov 9 il, Səadət Abbasova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Həmçinin təqsirləndirilən şəxslər də cəzalarının yüngülləşdirilməsi barədə apelıyasiya şikayəti veriblər. Hər iki şikakayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında iş hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Zeynal Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, uzun müddətdir narkotik maddələrdən istifadə edir, narkomaniya xəstəsidir: “Əvvəllər narkotik vasitədən istifadə etdiyimə görə bir-

neçə dəfə məhkum olunmuşam. Həbsxanada olduğum zaman tanış olduğum İran vətəndaşı Yadulla adlı şəxs söhbət zamanı mənə İranın Parsabad şəhərində ailəsi və Vahid adında oğlu olduğunu deyib. Sonuncu dəfə 2007-ci ildə narkotik vasitədən istifadə etdiyimə görə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və 2010-cu ilin əvvəllərində cəzamı çəkdikdən sonra azadlığa buraxıldım”.

“Banka borcum olduğu üçün məni sərhəddən buraxmadılar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, azadlığa çıxdıqdan sonra Səadət Abbasova ilə tanış olub, sonra isə qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə kirayə ev tutaraq yaşayıblar: “2010-cu ilin avqust ayında İranın Parsabad şəhərinə getdim. Orada həbsxanada tanış olduğum Yadullanın oğlu Vahidlə görüşdüm. Vahidlə görüşən zaman özümün istifadə etməyim üçün “kokos” (narkotik vasitə heroin) istədim. Vahid də atasının təzə tutulduğunu, bir müddət keçdikdən sonra narkotik vasitə tapmaq üçün mənə xəbər edəcəyini bildirdi. Mən də Vahidlə razılaşdım. 2014-cü ilin yanvarın 15-də Vahidlə yenidən əlaqə saxladım. Ondan “kokos” almaq məqsədilə İrana getmək istədim. Lakin banka borcum olduğu üçün məni sərhəddən buraxmadılar. Aprel ayında arvadım Səadətin ayağında ağrıları olduğundan müalicə olunmaq üçün qızmı Sima ilə birlikdə İranın Ərdəbil şəhərinə getdilər. Onlar 2 gün orada qaldıqdan sonra evə qayıtdılar. Həmin vaxtdan bir az sonra evdə Səadət ayağını əməliyyat etdirmək üçün İrana gedəcəyini bildirdi. Həmin vaxt Səadətə dedim ki, İranda Vahid adlı tanışı var, Vahidə zəng edərək onu həkimə aparmağı, qayıdanda da Vahid mənim üçün narkotik vasitə hesab olunan “kokos” verəcək, həmin narkotik maddəni gətirməyi dedim. Səadətdə narkotik maddələrdən istifadə etdiyim üçün mənimlə razılaşdı. Sonra istifadə etdiyim mobil telefondan Vahidin telefonuna zəng etdim. Söhbət əsnasında Vahidə həyat yoldaşım Səadətin müalicə olunmaq üçün İrana gedəcəyini, ona köməklik edərək xəstəxanaya aparmasını, geri qayıdanda isə mənim üçün bir az narkotik vasitə olan “kokos” göndərməsini xahiş etdim. Vahid də mənimlə razılaşdı”.

“2400 dollarlıq narkotik maddə sifariş vermişəm”

Zeynal Cəfərov qeyd edib ki, Səadət aprelin 17-də İrana gedən vaxtı Vahidin nömrəsini ona verdim: “Səadətə 2400 ABŞ dolları verdim, sonra isə Səadət və qızım Simanı taksi ilə Astara rayonuna gətirdim. Onları Astara gömrüyündən İrana yola saldım. Səadətgil İrana gedəndən sonra Vahidlə əlaqə saxladım. Söhbət zamanı Vahid sifariş etdiyim narkotik vasitəni Səadətə verdiyini və onların aprel ayının 22-də geri qayıdacaqlarını bildirdi. Aprelin 22-də evdə olan zaman bir neçə nəfər mülki geyimli şəxslər yaşadığım evə gələrək özlərini Dövlət Gömrük Komitəsinin əməkdaşları kimi təqdim etdilər və məni gömrük idarəsinə apardılar.

Gömrük Komitəsində olarkən bildim ki, Səadət sərhəddi keçən zaman üstündə narkotik vasitə ilə tutulub. Orada dindirilərkən etiraf etdim ki, Səadətin İranda Vahiddən alaraq gətirdiyi narkotik maddəni özüm sifariş etmişəm və həmin narkotik maddə mənə məxsusdur. Narkotik maddənin çəkisinin nə qədər olmağını bilməmişəm. Vahidə verdiyim 2400 dollarlıq narkotik maddə sifariş vermişəm. Həmin narkotik maddəni özümün istifadəm üçün sifariş vermişəm, satmaq məqsədim olmayıb. Əməlimdən peşmanam”.

“Ərim bir neçə dəfə məhkum olunub”

Digər təqsirləndirlən Səadət Abbasova bildirib ki, əvvəllər narkotik maddələrdən istifadə etdiyinə görə bir dəfə məhkum olunub: “1995-ci ildə Zeynal Cəfərovla tanış olmuşam. Həmin vaxtdan ər-arvad münasibətində olmaqla birlikdə yaşamağa başlamışam. Ərim Zeynal da narkotiklərdən istifadə etdiyinə görə bir neçə dəfə məhkum olunub. Zeynal 2007-ci ildə narkotikdən istifadə etdiyinə görə məhkum olunub və 2010-cu ildə azadlığa çıxmışam. Zeynal azadlığa buraxıldıqdan sonra birlikdə Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 1, mənzil 12-də yaşamağa başlamışıq. Qızım Sima da mənimlə birlikdə mənzildə yaşayırıq. Ayağımda ağrılar olduğundan müalicə olunmaq üçün aprelin 4-də İranın Ərdəbil şəhərinə getdim. Qızım Sima da mənimlə birlikdə olub. Ərdəbil şəhərində olan xəstəxanada həkimə müraciət etdim. Lakin pulum olmadığı üçün əməliyyat oluna bilməmişəm Həkim aprel ayının 16-dan sonra gəlməyimi bildirdi. İki gündən sonra geri qayıtdım. Aprelin 16-da Zeynala dedim ki, ayağımı əməliyyat etdirmək üçün İrana gedəcəkəm. Zeynal da İranda Vahid adlı tanışı olduğunu və Vahidin məni həkimə aparacağını dedi”.

“Narkotik vasitələri ayrı-ayrı bağlamalara bükdüm”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində Zeynal Vahidin ona narkotik vasitə verməsindən, bunun üçün 2400 dollar verməsindən, sonra da gömrükdən İrana yola salmasından danışıb. Onun sözlərinə görə, İrana gedərkən üstündə Zeynalın ona verdiyi 2400 ABŞ dollar və özünün əməliyyat olunması üçün götürdüyü 1600 ABŞ dolları olub: “İran tərəfə keçdikdən sonra Vahidə zəng etdim. Vahid taksi sürücüsü olduğundan avtomobilinə minərək Ərdəbil şəhərinə gəldik. Həmin gecə qızım ilə Ərdəbil şəhərində mehmanxanada qaldıq. Aprelin 18-də Vahidlə görüşərkən ayağımın əməliyyat etdirəcəyimi dedim. Vahid nə qədər pulum olduğunu soruşdu. Üstümdə 4000 ABŞ dolları olduğunu bildirdim. Vahid təklif etdi ki, 4000 ABŞ dollarlıq narkotik maddə “kokos” verə bilər, bu narkotik vasitəni aparıb satandan sonra yenidən gələrək ayağımı əməliyyat etdirə bilərəm. Vahidin təklifi ilə razılaşdım. Aprelin 19-da Vahidə 4000 ABŞ dolları verdim. Səhərigün Vahid bir ədəd bağlamada narkotiki gətirdi. Həmin vaxt istifadəm də olan

telefonun nömrəsini Vahidə verdim. Vahid də sərhədi keçəndən sonra əlaqə saxlamam üçün mənə bir nömrə verdi. Bundan sonra Vahiddən ayrılaraq otelə getdim. Oteldə qızım Simanın otaqda olmadığını gördüm və Vahiddən aldığım bağlamanı açaraq iki yerə böldüm. Narkotik vasitələri ayrı-ayrı bağlamalara bükdüm”.

“Gizlətdiyim bağlama aşkar edildi”

Səadət Abbasova bildirib ki, aprelin 21-də, səhər saatlarında həmin bağlamaların birini alt paltarında, digərini isə sol qoltğunun altında gizlədib: Bundan sonra qızım ilə birlikdə geri qayıtmaq üçün Astara gömrüyünə gəldilər. Astara gömrüyündə pasport qeydiyyatından keçdikdən sonra əl yükləri ilə yoxlama yerində olan gömrük əməkdaşlarına yaxınlaşdım. Gömrük bəyannaməsini doldurandan sonra gömrük əməkdaşına təqdim etdim və bildirdim ki, üstümdə və əl yüklərimdə qadağan olunmuş heç bir şey yoxdur. Sonra məni və qızımı şəxsi yoxlama aparmaq üçün otağına apardılar. Yoxlama otağında olan pərdənin arxasında olarkən gömrük əməkdaşının arxası ona tərəf olmasından istifadə edərək qoltuğumun altında gizlətdiyim bağlamanı çıxardım, yoxlama xəttində olan rəfin üstündəki sellofan torbaların arxasına qoydum. Sonra isə orada üstümə baxış keçirildi. Baxış zamanı tumanının altında gizlətdiyim bağlama aşkar edildi. Gömrük əməkdaşı yenidən şifahi sorğu-sual edərək üzərimdə yenə də narkotik maddənin olub-olmamasını soruşdu. Gömrük əməkdaşlarına rəfin üzərində olan sellofan torbanın arxasına gizlətdiyim bağlamanın yerini bildirdim. Gömrük əməkdaşları da rəfin üstündə olan sellofan torbaların arxasına qoyduğum paketi oradan götürdülər. Gömrük əməkdaşları bağlamaların içərisində nə olduğunu soruşdu, həmin bağlamaların içərisində narkotik maddə hesab olunan “kokos” olduğunu bildirdim”.

Hakim kollegiyası sonda Baş Prokurorluğun apelyasiya protestinin təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü Zeynal Cəfərova aid hissədə dəyişdirilib və onun cəzası 10 ilə qədər artırılıb. Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İrandan narkotik gətirmək istədi

    İrandan narkotik gətirmək istədi ...

    18-05-2016, 00:57

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • Bağırsağında narkotik keçirən şəxslər tutuldu

    Bağırsağında narkotik keçirən şəxslər tutuldu ...

    13-10-2015, 14:48

  • 
  • Rəhim Qazıyevin qardaşı oğlunun həbsi ilə bağlı rəsmi açıqlama

    Rəhim Qazıyevin qardaşı oğlunun həbsi ilə bağlı ...

    23-08-2013, 14:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (380)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu