GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıya sığınan erməni İrəvanı vurdu (FOTO)

Bakıya sığınan erməni İrəvanı vurdu (FOTO)

Tarix: 18-09-2015, 22:13 Bölmə :Ölkə Baxış: 0
Bakıya sığınan erməni İrəvanı vurdu (FOTO)

Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan və həyat yoldaşı Karina Qasparyan bu gün Bakıda mətbuat konfransı keçirib, birgə bəyanat imzalayıblar.

ANS PRESS-in məlumatına görə, o, təmsil etdiyi ölkədə baş verən proseslərdən, əhalinin hakimiyyətdən kəskin narazı olmasından, Dağlıq Qarabağ münaqişəsindən və baş verə biləcək hər hansı insidentdən Ermənistanın necə qorxmasından danışıb.

Onun sözlərinə görə, baş verə biləcək müharibə iki ölkə üçün böyük faciəyə səbəb olar.
"Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək"- deyə Vahan Martirosyan əlavə edib.

V.Martirosyan mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda referendum keçirilsə, Bako Saakyan və Serj Sarkisyan müdaxilə etməsə əhali Azərbaycana birləşmək üçün səs verəcək: "Şuşa şəhərinə milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur. Qalanlar da yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır. Bu münaqişə Sarkisyan hakimiyyətinin marağındadır. Onlar erməni deyil. Onlar erməniləri sevmirlər".

Bakıya sığınan erməni İrəvanı vurdu (FOTO)

Vahan Martirosyan Bakıda mətbuat konfransı keçirir

O, erməni xalqının indi yaşadığı durumu belə anladıb: “Mən vətənimi sevirəm. Azərbaycan mediasından başqa heç kim Sarkisyanın cinayətkar hakimiyyətinin elədiklərini dünyaya çatdıra bilməz. Ermənistanda insanlar hansısa Afrika ölkəsindən daha pis yaşayır. Yalnız İrəvanın mərkəzi küçəsində görüntü naminə ofislər var, iş gedir, otellər mövcuddur. Bir kilometr kənarlaşdıqda isə görürsən ki, insanlar acdılar. Dağılmış binalar var. Ən kasıblar isə Dağlıq Qarabağ müharibəsi veteranlarıdır. Ermənistanda iş tapanda buna möcüzə kimi baxırlar. 80 dollar pensiya verilir və bununla cəmi iki dəfə marketə girmək olar. Mənim nənəm vəzifədə işləyib, 100 dollar pensiya alır. Ona oliqarx kimi baxırlar. Kiməsə yardım yoxdursa, o, yaşaya bilməz. Hər yerdə korrupsiya, rüşvət hökm sürür.”

V.Martirosyan diqqətə çatdırıb ki, əgər Ermənistanla sərhədlər açılarsa, Azərbaycana qaçqın axını Avropaya qaçqın axını kimi olacaq. O, bir neçə il Azərbaycanda yaşayan, daha sonra Ermənistana qayıtdıqdan sonra Azərbaycan haqqında yanlış məlumatlar verən Gevorkyan ailəsi ilə bağlı məsələyə də toxunub: "Bu, Milli Təhlükəsizlik Şurasının işdir. Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn idmançılar üstlərində erməni bayrağı olan geyimlərlə Bakıda gəzirdilər. Lakin Ermənistana qayıtdıqda dedilər ki, qorxumuzdan çölə çıxa bilmirdik. Bütün bunlar Milli Təhlükəsizlik Şurasının əməlidir."

Erməni hüquq müdafiəçisi ordunu müdafiə naziri Seyran Ohanyanın idarə etmədiyini də deyib: "Müdafiə naziri Seyran Ohanyan olsa da, əslində, heç nə ondan asılı deyil. O, adi fiqurdur. Qərarları isə Baş Qərargah rəisi Xaçaturyan verir. Ermənistanda "Xaçaturlar tayfası" ifadəsi var. Əgər Müdafiə Nazirliyi ilə hər hansı müqavilə bağlanacaqsa, həmin məbləğinin yarısı Xaçaturyanın cibinə getməsə, o, həmin gecə yatmayacaq".

Dəfələrlə Dağlıq Qarabağda olduğunu deyən V.Martirosyanın sözlərinə görə, Dağlıq Qarabağda cinayətkar qruplar fəaliyyət göstərir. Həqiqətən də orada terrorizmlə məşğul olan, müxtəlif kriminal hadisələrdə iştirak etmiş qruplaşmalar fəaliyyət göstərir. Həmin qruplar əsasən İraq və Suriyadan gələnlərdir.

Ermənistanda üzləşdiyi təzyiqlərə görə Azərbaycandan siyasi sığınacaq istəyən erməni QHT rəhbəri məqsədinin Azərbaycan mediasının gözü ilə dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkmək olduğunu bildirib. O vurğulayıb ki, Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır: "Azərbaycandan sığınacaq istəməklə bağlı müraciətimdən sonra Azərbaycanda məni dostcasına, qonaqpərvərliklə qəbul etdilər".


Bakıya sığınan erməni İrəvanı vurdu (FOTO)

Vahan Martirosyan və həyat yoldaşı Karina Qasparyan


Sonra Vaan Martirosyan və həyat yoldaşı Karina Qasparyan tərəfindən birgə bəyanat imzalanıb. Bəyanatda deyilir: “Mən, Martirosyan Vahan Emilyeviç, 1986-cı ildə İrəvanda anadan olmuşam. Ermənistan vətəndaşıyam. Azərbaycan Respublikasındakı qeyri-hökumət təşkilatlarından olan dostların və həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəmlə birlikdə Azərbaycan Respublikası ərazisinə keçmişəm. Azərbaycanda məni çox dostcasına və qonaqpərvərliklə qarşılayıblar, Azərbaycan tərəfindən heç bir təzyiqlə qarşılaşmamışam. Bu hərəkətə səbəb mənim Ermənistanda ictimai-siyasi, hüquq müdafiəçisi fəaliyyətim olub. Mən “Milli Azadlıq Hərəkatı” vətəndaş təşəbbüsünün rəhbəri olaraq Serj Sarkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparmışam. Məhz bu fəaliyyətə görə mən və hərəkatdan olan digər həmkarlarım son 3 ildə davamlı şəkildə Ermənistanın hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalmışıq.

Nəhayət, 12 avqust tarixində Serj Sarkiyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mger Sedrakyanın cangüdən və qohumları öz evimdə mənə və ailəmə hücum ediblər. Hücum nəticəsində mən yaşlı anam və 2 yaşlı oğlumun gözü qarşısında vəhşicəsinə döyülmüşəm, nəticədə hamilə həyat yoldaşım uşağımızı itirib. Bundan sonra davamlı şəkildə işi bağlamaq və mediaya məlumat sızdırmamaq üçün rüşvət təklif ediblər. Mən bu təklifi rədd etdikdən sonra anama təzyiqlər başlayıb. Ermənistan İstintaq Komitəsi mənə qarşı müxtəlif saxta cinayət işləri qaldırıb, saxta şahidlər tapıblar və tibbi məntəqələrini mənim döyülməyimlə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər. Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz məhkəmədən və ailəmin təhlükə altında olmasından qorxaraq, dərhal Ermənistanı tərk etmək barədə qərar verdim.

Mənim məqsədim Serj Sarkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun ətrafı tərəfindən törədilən qanunsuzluqla bağlı Azərbaycan KİV-ləri vasitəsilə dünya ictimaiyyətinin, erməni diasporunun və beynəlxalq ictimaiyyətinin gözünü açmaqdır. Həmçinin onu göstərməkdir ki, bu rejim düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə istifadə edir və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni xalqının ümumi yaşayışının tənəzzülü hesabına özünün mənfəəti məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü yaradır”.

Bakıya sığınan erməni İrəvanı vurdu (FOTO)

Vahan Martirosyan

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı, azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Erməni müxalifətçini Azərbaycana Novella Cəfəroğlu qaçırıb

    Erməni müxalifətçini Azərbaycana Novella ...

    17-09-2015, 19:23

  • 
  • Martirosyan: “Bakı müharibəyə başlayacaq, İrəvansa yanacaq"

    Martirosyan: “Bakı müharibəyə başlayacaq, ...

    1-08-2014, 01:01

  • 
  • Azərbaycana qaçan erməni müxalifətçi haqda şok faktlar

    Azərbaycana qaçan erməni müxalifətçi haqda şok ...

    17-09-2015, 20:17

  • 
  • "Stop Metsamor" QHT-lərin beynəlxalq koalisiyası təsis edildi

    "Stop Metsamor" QHT-lərin beynəlxalq ...

    2-06-2016, 17:30

  • 
  • “Hamı başa düşür ki, Azərbaycan buna icazə verməz…” – Ermənistan rəsmisi

    “Hamı başa düşür ki, Azərbaycan buna icazə ...

    31-08-2019, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu