Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 14-də, saat 21 radələrində T.Elçin küçəsində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talayan şəxs müəyyən edilib.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?