Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanı tutduğu vəzifədən azad edib.
gundemxeber.az AzVision.az-a istinadən xəbər verir ki, Nuridə Allahyarova işdən çıxarılması ilə bağlı fikirlərini bölüşüb:
“Əziz dostlar, son bir həftədə ünvanladığınız sualları artıq cavablandırmaq səlahiyyətində olmadığım üçün Facebookun imkanlarından yararlanmaq istədim. Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız. Qurumda çalışdığım müddətdə tanıdığım bütün dostları qazancım hesab edirəm. Hamınıza sonsuz təşəkkürlər!”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?