Xəzər rayonu 2-ci polis bölməsinə son beş gün ərzində ikinci dəfə zorlanma haqqında şikayət daxil olub.
gundemxeber.az xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsindən bildiriblər.
Sentyabrın 21-də polis bölməsinə 18 yaşlı Binə sakini İ.A. müraciət edərək, sentyabrın 3-də saat 11:00-da Anar adlı oğlan ilə evdən qaçdığını bildirib.
Onun sözlərinə görə, Anar onunla evlənməyə söz verib.
Bunun əvəzində isə oğlan onu Abşeron rayonundakı kirayə tutduğu evə apararaq orada 17 gün ərzində saxlayıb.
Bütün bu müddət ərzində cinayətkar qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Sentyabrın 20-də zərərçəkən saxlanıldığı evdən qaçmağa müvəffəq olub. Bundan dərhal sonra polisə ərizə ilə müraciət edib.
Xatırladaq ki, sentyabrın 17-də bu səbəbdən polisə digər Binə sakini də müraciət etmişdi. O zaman 19 yaşlı A.M. adlı şəxs Niyaməddin adlı oğlanla evdən qaçmışdı.
Niyaməddin qızla evlənməyə söz vermişdi, amma onu naməlum ünvana gətirərək orada qapalı saxlamışdı. Sentyabrın 1-dən 17-nə kimi o, ardıcıl olaraq qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdi.
Bununla əlaqədar polisdə qızlara tanımadıqları şəxslərlə evdən qaçmamaq barədə xəbərdarlıq edilmişdi, çünki bu hərəkətin nəticələri
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?