Liseyin direktoru ilə əlaqə saxlayıb məsələyə münasibətini öyrənmək istədikdə, o, telefonumuza əsəbi halda cavab verərək “onu sizə deyən qələt edir, özü də yekəsindən” dedi.
Ölkəmizin təhsil ocaqları içərisində nüfuzlu adı ilə seçilən “Zəngi” liseyinin həm öz yeri, həm də xüsusi rolu var ki, bu da danılmaz bir həqiqətdir. Paytaxt Bakımızın Nizami rayonu Məhsəti Gəncəvi-7 ünvanında fəaliyyət göstərən bu təhsil ocağına ildən-ilə artan axın, bir daha onu söyləməyə əsas verir ki, sabiq təhsil nazirinin kadrlarından biri hesab olunan Bayram Heydərovun, bu təhsil ocağına uzun illərdən bəri rəhbərlik etməsi, “Zəngi” liseyini əməlli-başlıca zənginləşdirib. Çünki, rayonun mərkəzi ərazisində fəaliyyət göstərən və kifayət qədər də zəngin insanların yaşadıqları ərazidə fəaliyyətini davam etdirən bu təhsil ocağı, elə dərs ilinin başlandığı ilk günün ilk saatlarından atdığı addımı ilə diqqəti cəlb etdi.
Yəni, 2015-ci ilin 15 sentyabr gününün ilk saatlarında, adının çəkilməsini istəməyən valideyin redaksiyamıza zəng edərək bildirdi ki, “Bayram müəllimin dərs gününün ilk saatlarından tətbiq etdiyi idarəçilik, sözün həqiqi mənasında “Zəngi” liseyini kifayət qədər zənginləşdirməyə imkan verəcək. Belə ki, kim ki, övladını 2-ci növbədən 1-ci növbəyə keçirmək istəyir, bu zaman nə az nə də ki, çox düz 2 min “tərləməlidir” ki, arzusuna qovuşa bilsin. O halda biz də bilib başa düşürük ki, Bayram müəllimin müəlliflik etdiyi və “yazıb-pozduğu” belə bir qayda-qanun, niyə də ki, “Zəngi” liseyini zənginləşdirməsin?
Problemin varlığı diqqətimizi cəlb etdiyindən, liseyin direktoru ilə əlaqə saxlayıb məsələyə münasibətini öyrənmək istədikdə, o, telefonumuza əsəbi halda cavab verərək “onu sizə deyən qələt edir, özü də yekəsindən. Ümumiyyətlə, bizim liseydə 2-ci növbədən 1-ci növbəyə keçmək istəyən bir kimsə yoxdur. Siz Əflatun Amaşovu tanıyırsınızmı? Yazın, mən də sizdən Mətbuat Şurasına şikayət edəjəm” dedikdə, bizi təəccüb bürüdü. Bəyəm, Mətbuat Şurası Bayram müəllimin müdafiə komitəsidir ki, o, həddən-ziyadə arxayın şəkildə belə bir fikir söyləyir? Bəlkə də.....
İlk əvvəl onu qeyd edək ki, hələlik qələtin böyük və kiçikliyini, yaxud da onun neçə kiloqram olmasını biz bilmirik. Və eyni zamanda onu da vurğulayırıq ki, Bayram müəllimə heç kim ixtiyar verməyib ki, məlumatı redaksiyamıza çatdıran valideynin ünvanına “onu sizə deyən qələt edir, özü də yekəsindən” desin. Məhz, Bayram müəllim onu da bilmirmi ki, valideyin adını açıqlayarsa, o halda onun övladı ilboyu gözünçıxdıya salınacaq.
Sadalananlarla bağlı qarşı tərəfin mövqeyini, yenə də dinləməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?