GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - VİDEOFAKT

Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - VİDEOFAKT

Tarix: 21-06-2021, 12:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 683


Məlumdur ki, indiyə kimi respublikamızda təhsil sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində əsaslı islahat proqramları həyata keçirilsə də, hələ də bu sahənin tam şəkildə inkişafına nail olmaq, problemlərini aradan qaldırmaq mümkün olmayıb. Faktdır ki, hal-hazırda ölkəmizin təhsil sahəsində çox ciddi problemlər mövcuddur və bu gün onların həlli zəruri məsələlərdən birinə çevrilib. Qeyd edək ki, bəzən təhsil sistemində tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsi səbəbindən, bu və ya digər təhsil müəssisələrində çox ciddi problemlər yaşanmaqda davam edir. Bu sırada Tovuz rayonundakı Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Lisey də, ən böyük problemlər məngənəsində boğulan təhsil müəssisələrindən biri hesab olunur. Məsələn, bu təhsil ocağı haqda onu deyə bilərik ki, Qovlar şəhərinin mərkəzi ərazisində fəaliyyət göstərən məktəb-liseydə yaşanan durum, digər şəhər və rayonların təhsil müəssisələrindəki durumdan kəskin şəkildə fərqlənir. Buna əsas səbəb, aidiyyatı dövlət qurumlarının bu təhsil ocağını diqqətdən kənarda saxlamalarıdır. Əldə etdiyimiz bəzi məlumatlara görə, hazırda Fatimə xanım Allahverdiyevanın rəhbərlik etdiyi və Tovuz rayonu, Qovlar şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseydə təqribən 100 nəfərdən çox müəllim pedoqoji fəaliyyətlə məşğul olur, 700 nəfərdən çox sagird isə elmi biliklərə yiyələnirlər. Bütün bunlara baxmayaraq, hazırda bu təhsil ocağında sanki fedodalizm dövrünün ab-havası yaşanmaqdadır. Yəni, rəhbər qurumların, ələlxüsus Təhsil nazirliyinin baxımsızlığı ucbatından bu təhsil ocağı uçub-dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, ikimərtəbəli binada fəaliyyət göstərən Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseyin sinif otaqlarına baxış keçirilərkən bəlli olur ki, şəhərin mərkəzi ərazisində yerləşən bu məktəbdə hələ də odundan yanacaq vasitəsi kimi istifadə olunur, sinif otaqlarının pəncərələri və giriş qapıları sınıq-salxaqdır, arakəsmələrdəki şüşələr və s. hər kəsin həyatı üçün təhlükə yaradır. Bir sözlə, hazırda adı çəkilən bu təhsil ocağının ya yenidən qurulmasına, ya da ki, əsaslı şəkildə təmir olunmasına ciddi ehtiyac var. Əgər yaxın vaxtlarda bu yöndə heç br addım atılmazsa, o halda belə qənaətə gəlmək olar ki, Tovuzun təhsil sistemi yenə də “axsamaqda davam edəcək”.



Düşündürücü hal odur ki, hazırda Qovlar şəhərində təqribən 15200 nəfər şəxsin yaşadığı, dörd orta məktəbin, bir musiqi məktəbinin, bir internat və bir texniki peşə məktəbinin, həmçinin bir dövlət sosial iqtisad kollecinin fəaliyyət göstərdiyi bildirilir. Gundemxeber.Az deryaz.az-a istinadla bildirir ki, bütün bunlara baxmayaraq, Qovlar şəhərinin mərkəzi ərazisində fəaliyyət göstərən Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseydə isə, hazırda belə bir biabırçı ab-hava hökm sürməkdə davam edir. Axı, bu gün 21-ci əsrdir və indiyə kimi ən ucqar dağ kəndlərində olsa belə məktəblər yenidən qurulub, bəzilərində əsaslı şəkildə təmir-bərpa işləri həyata keçirilib. O halda sual oluna bilər ki, görəsən Qovlar şəhərinin mərkəzi ərazisində fəaliyyət göstərən bu təhsil ocağına bəslənən ögey münasibətin kökündə nələr durur? Axı, şəhər sakinləri mövcud vəziyyətlə bağlı heç cür barışmaq istəmirlər və onlar övladlarının təhsil aldıqları bu məktəbin qaydaya salınmasını və bunun nəticəsi olaraq dərslərin tədris olunmasının səviyyəsinin yaxşılaşdırılmasını istəyirlər.

Onu da qeyd etmək yerinə düşər ki, Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseyin yenidən qurulması, yaxud da bu təhsil ocağında əsaslı şəkildə təmir-bərpa işlərinin həyata keçirilməsi nə məktəb rəhbərliyinin, nə də ki, hansısa vəzifə sahibinin səlahiyyətinə aid olmayan məsələlərdir. Düşünürük ki, adı çəkilən bu təhsil ocağında yaşanan biabırçılıqların ictimailəşdirilməsi təhsil naziri Emin Əmrullayevin diqqətini cəlb edəcək və cənab Nazir mövcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımını da atacaq.

Bəli, bu gün tam əksəriyyətin nəzər-diqqəti Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseydəki duruma yönəldiyindən, inanırıq ki, cənab Nazir qısa zaman kəsiyində müvafiq qərarını açıqlayacaq və bu təhsil ocağına yeni bir ab-hava, yeni bir nəfəs də bəxş edəcək.

Mövzu diqqətimizdədir.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?

    Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri ...

    3-05-2015, 13:35

  • 
  • Abşeronda məktəb direktorunun yeni “ixtira”sı

    Abşeronda məktəb direktorunun yeni “ixtira”sı ...

    24-05-2015, 01:12

  • 
  • Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı? - FOTO

    Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı? - ...

    24-08-2018, 14:50

  • 
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    26-02-2014, 10:58

  • 
  • Cəlilabad təhsilində nələr baş verir? - İDDİA

    Cəlilabad təhsilində nələr baş verir? - İDDİA ...

    3-05-2019, 19:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu