Məktəb direktorunun evindən 20 kq narkotik çıxdığı deyilir
Sabirabadın Nərimankənd kəndində hüquq mühafizə orqanları anti-narkotik əməliyyatı keçirib. Əməliyyat zamanı kənd məktəbinin direktoru Əlabbas Rzayev saxlanılıb. Bu barədə “moderator.az” saytı rayondakı mənbələrə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, məktəb direktorundan külli miqdarda narkotik götürülüb. Əməliyyat zamanı onun səhhəti kəskin pisləşib, ona infarkt diaqnozu qoyulub və hazırda ev şəraitində müalicə olunur. Sayt məlumatla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, bu barədə onlara məlumat daxil olmayıb. “Azadlıq” qəzeti dəqiqləşdirmə aparmaq üçün rayondakə mənbələrlə əlaqə saxlayıb və belə məlumat alıb ki, direktor Ə.Rzayev Şirvan xəstəxanasındadır. Onun evində axtarış aparılıb və 20 kq narkotik maddə aşkarlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?