İllahiyyatçı Elşad Miri Vergilər Nazirliyini məhkəməyə verib.
Milli.Az bildirir ki, E.Miri Facebook səhifəsində yazıb: "Ötən həftə Vergilər Nazirliyinə qarşı iddia ərizəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldı. Hakim Əhmədov Fəqanın rəhbərliyi ilə iclas keçirildi. İclas zamanı məlum oldu ki, Vergilər Nazirliyinin müfəttişi Emin Məmmədov mənim yerimə qol çəkib. İmzanı, heç olmasa, mənim imzama oxşatsa, dərd yarı idi. Başqa imza çəkib. Hakim soruşur ki, sizin imzanız deyil? Deyirəm ki, ümumiyyətlə, heç oxşarlığı da yoxdur...
Sonra da vergilərin müfəttişi auditimizə zəng edib deyir ki, noolardı, öz boynuna götürsəydin?! Evimdən oğurluq edildi. Üzərindən 8 ay vaxt ötməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur. Bir Gürcüstan vətəndaşının boynuna atmaq istədilər, amma sübut tələb etdiyim üçün məsələ havada qaldı. İndi də rəhbərlik etdiyim şirkətimdən oğurluq etmək istəyirlər, amma buna imkan verməyəcəm. Bu qədər saxtakarlıq olmaz... Bu qədər oğurluq olmaz..."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?