Dekabrın 19-da 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədova Lokal Vergilər Departamentinin Turan agentliyinə qarşı yenidən 38 min manat borc və cərimə hesablanması haqqında 15 sentyabr 2017-ci il tarixli qərarını ləğv edib.
Belə ki, noyabrın 8-də Vergilər Nazirliyi Turan agentliyinə 38 min manatdan çox vergidən yayınma və cərimə iddiasının tamamilə qaldırıldığı haqqında bildiriş göndərib. Agentlik iddianın ləğvi haqqında qərarın təqdim edilməsini tələb edib, amma Vergilər Nazirliyi buna ehtiyac olmadığını qeyd edərək, qərarı təqdim etməkdən imtina edib. Agentlik məhkəməyə ərizə verib. Üç məhkəmə iclası keçirilib və hər dəfə hakim Vergilər Nazirliyinə qərarı təqdim etməyi təklif edib. Nəhayət, bu gün o, 15 sentyabr tarixli yenidən borc hesablanması haqqında qərarın ləğvi haqqında hökm çıxarıb./muxalifet.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?