Xəbər verdiyimiz kimi ötən gecə cəbhə xəttində qeydə alınan ağır döyüşlərdə Azərbaycan ordusu da itki vermişdi.
Ölkə.Az xəbər verir ki, sentyabrın 25-də qoşunların təmas xəttində qarşı tərəfin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Ermənistan hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu həlak olub.
Şəhid Məmmədov Elşənin qız dostu redaksiyamıza onun fotolarını göndərərək onun haqqında bu sözləri yazıb:
“Elşəni bir cümləyə ifadə edəcəm… Elşən bu dünyada tanıdığım ən saf, ən ürəyi təmiz oğlan idi. Mən onu 6 yaşımdan tanıyıram. Bir yerdə böyümüşdük… Onun ölümü hər kəsin qəlbində yara olaraq qalacaq…”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?