APA-nın məlumatına görə, hadisə sentyabrın 28-də saat 15.30 radələrində Osmanlı-Astara dəmir yolunun 150-ci kilometrliyində, yolun Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük qatarı yolu keçmək istəyən, Lənkəran şəhər sakini, 1938-ci il təvəllüdlü Qiyas Mustafa oğlu Ağayevi vurub. Q. Ağayev hadisə yerində ölüb.
Faktla bağlı rayonunun hüquq mühafizə orqanlarında araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?