Bir neçə ay qabaq məlumat vermişdik ki, Beynəlxalq Bank nəqliyyat naziri Ziya Məmmədova məxsus “Azərinşaat” şirkətini və onun ərazisini ələ keçirib. Xatırladaq ki, Dərnəgüldə yerləşən bu şirkətin rəhbəri nəqliyyat nazirinin biznes ortağı, türkiyəli iş adamı Bülent Karanı olub. Həmin ərazidə Ziya Məmmədovun tabeliyində olan başqa müəssələr də fəaliyyət göstərir. Lakin Bülent Karanı bir müddət əvvəl müəmmalı şəkildə Azərbaycanı tərk edib.
Onun gedişindən sonra Beynəlxalq Bankın əməkdaşları “Azərinşaat”a gələrək şirkətin, onun yerləşdiyi böyük ərazinin onlara məxsus olduğunu bildirib və bütün müəssisələrdən ərazini tərk etməyi tələb ediblər. Beynəlxalq Bankın bu addımının nədən irəli gəldiyi bəlli deyil. Dünən əldə etdiyimiz məlumata görə, “Azərinşaat”la bağlı problem Ziya Məmmədovla Cahangir Hacıyev arasında qarşıdurmaya səbəb olub. Nəqliyyat naziri şirkətin və onun ərazisinin əldən vermək istəmir. Cahangir Hacıyev də iddialarından geri çəkilmək niyyətində deyil. Məlumatda deyilir ki, bu məsələnin məhkəmə müstəvisinə çıxarılması gözlənilir. Lakin hələ də bəlli deyil ki, Cahangir Hacıyev hansı əsasla “Azərinşaat”a iddia edir. Bəzi məlumatlara görə, Bülent Karanı Ziya Məmmədovdan xəbərsiz şirkəti Cahangir Hacıyevə satıb. Lakin bu bir qədər inandırıcı deyil. Hər halda Cahangir Hacıyev şirkətin Ziya Məmmədova məxsus olduğunu bilməmiş deyil. Başqa məlumatlara görə isə bunun arxasında kredit əməliyyatlarının dayandığı bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?