Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi Bakıda bəzi yollarda tıxacın aradan qaldırılması məqsədilə təkliflər hazırlayıb. Təkliflərdən biri paytaxtın küçə və prospektlərində yerləşən yanacaqdoldurma məntəqələrinin giriş-çıxışının dəyişdirilməsi ilə bağlıdır.
Həm nəqəliyyat vasitələrinin rahat hərəkətini təmin etmək, həm də yollarda tıxacı aradan qaldırmaq üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təkliflər irəli sürüb.
Təkliflərdən biri paytaxtın küçə və prospektlərində yerləşən yanacaqdoldurma məntəqələrinin giriş-çıxışı ilə bağlıdır.
Digər təklif Mətbuat, Babək, Atatürk, Xətai və Heyədər Əliyev Prospektləri ilə bağlıdır. Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsinə yaxın yerləşən avtobus dayanacağı tıxaca səbəb olduğundan yerinin dəyişdirilməsi təklif olunub.
Həsən Əliyev küçəsinin Atatürk Prospekti ilə kəsişməsində nəqliyyat vasitələrinin yolötürücüsünün üzərindən geriyə dönüşünün təmin edilməsi də təklif olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təklifləri Nəqliyyat Nazirliyinə göndərib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?