GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Lütvəli Babayevdən ATƏT-ə şikayət

Lütvəli Babayevdən ATƏT-ə şikayət

Tarix: 19-02-2013, 11:03 Bölmə :Ölkə Baxış: 1 552
Lütvəli Babayevdən ATƏT-ə şikayət

İcra başçısının təcavüz edərək həbs etdirdiyi
xanımın məhkəmə işindən şok məlumatlar


Bir müddət öncə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevi öz keçmiş həyat yoldaşına təcavüzdə ittiham edən Səfərəliyev Yaqub ATƏT-in Bakı ofisinə Lütvəli Babayev haqqında şikayət ərizəsi yazıb. Həmin ərizəni heç bir dəyişiklik etmədən sizə təqdim edirik:
“Yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı ş. Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın sədrliyi ilə çıxarılmış 07.12.2012-ci il tarixli qətnaməyə əsasən anam Səfərəliyeva Şəfəq Abdulməmməd qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə, Azərbaycan Respublikası C.M-nin 67-ci maddəsilə həmin cəza Zərdab Rayon Məhkəməsinin 21.06.2012-ci il tarixli hökmü ilə qismən birləşdirməklə ona qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
Yasamal Rayon Məhkəməsinin hakimi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, xüsusi ittihamçı Babayev Lütvəli Babaəli oğlu tərəfindən anam Səfərəliyeva Şəfəq Abdulməmməd qızına qarşı qaldırılan xüsusi ittiham anamın yaşayış yeri üzrə məhkəməyə verilməli olduğu halda, hakim Azərbaycan Respublikası CPM-nin tələblərini pozaraq onu icraatına qəbul etməklə məhkəmə ərazi adiyyatı qaydalarını pozmuşdur.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən "Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır". Belə ki, anama qarşı qaldırılan xüsusi ittihamda göstərilir ki, guya "Azərbaycan Saatı" proqramının müxbiri anamdan müsahibəni "Azadlıq" qəzetinin redaksiyasında almışdır. Ona görə də bunu əsas gətirməklə ittiham "Azadlıq" qəzetinin yerləşdiyi yerin məhkəməsinə, yəni Yasamal Rayon Məhkəməsinə verilmişdir. Halbuki, müsahibəni "Azadlıq" qəzetinin redaksiyasında deyil, Səbail rayonunda yerləşən kafelərin birində almışdır. Xüsusi ittihamçı Lütvəli Babayev əvvəlcədən planlaşdırılmış şəkildə, bilərəkdən ərazi adiyyatını Yasamal Məhkəməsinə yönəltmək üçün məhz "Azadlıq" qəzetinin redaksiyasında anamdan müsahibə götürüldüyünü göstərmişdir. Məhkəmə tərəfindən bu faktın araşdırılması üçün "Azadlıq" qəzetinin redaksiyasından nümayəndə çağırılmamışdır. O ki, qaldı "Azərbaycan Saatı" proqramına, həmin proqram Türkiyədə yerləşir.
Beləiklə xüsusi ittiham ya Səbail Rayon Məhkəməsinə ya da ki, anamın yaşayış yeri üzrə Zərdab Rayon Məhkəməsinə verilməli idi. Yəni, hakim İlahə Abbasova ittihamı ərazi adiyyatı üzrə məhkəməyə göndərməli idi. Lakin o, bilərəkdən bunu etməmişdir.
Bundan başqa məhkəmənin hökmü hakim tərəfindən 07.12.2012-ci il tarixində elan edildiyi halda hökmdə tarix 05.12.2012-ci il göstərilmişdir. Bununla da hakim anamın bir neçə gün də istintaq təcridxanasında saxlanılmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.1.2-ci maddəsinə əsasən "hökmün məzmununda hökmün çıxarıldığı tarix və vaxt göstərilməlidir".
Hakim tərəfindən bu qanunun tələbləri pozulmuşdur. Bundan başqa xüsusi ittihamla bağlı hakim işə səthi baxmış və məhkəmə qarşısında tərəflərin bərabərlik prinsipinə də əməl etməmişdir. Belə ki, anam, Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevin ona qarşı qanununa zidd hərəkətlərindən müxtəlif dövlət orqanlarına şikayətlər göndərmişdir. Lakin Lütvəli Babayev bununla bağlı heç bir münasibət bildirməmiş və heç yerə şikayət etməmişdir. Sual olunur əgər anam onun şərəf və ləyaqətini təhqir edirdisə onda nəyə görə o, bu vaxta qədər buna qarşı öz münasibətini bildirmirdi. Həm də hansı bir qadın kiməsə böhtan atmaqla özünü ləkələyər?
Bundan başqa məhkəmə hökmündə göstərilən digər şahidlər Zərdab Rayon İcra Başçısının tabeçiliyində işləyən şəxslər olduqlarından onun xeyrinə ifadə verməyə məcbur olmuşlar. Məhkəmə isə onların ifadəsini əsas tutmaqla, Lütvəli Babayevi dindirmədən ittihamı bir tərəfli qaydada təsdiq etmişdir. Halbuki, Lütvəli Babayev ittihamı irəli sürdüyündən onun özü də vəzifəsindən asılı olmayaraq məhkəmə qarşısında çıxış etməli idi.
İttiham aktında Lütvəli Babayev göstərmişdir ki, yaşa görə anama pensiya Zərdab Rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən 09.02.2007-ci il tarixdə təyin edilmişdir. O isə icra başçısı vəzifəsinə 14.12.2007-ci il tarixində təyin edilmişdir. Bununla o demək istəmişdir ki, pensiya onun icra başçısı olmadığı vaxtda təyin edilmişdir. Onun bu iradı tam əsassızdır.
Belə ki, anama saxta pensiya təyin edilərkən Zərdab Rayon Qeydiyyat Şöbəsi tərəfindən ona doğulmayan uşağa görə doğum haqqında şəhadətnamə verilirdisə eləcə də pasportunda doğum tarixi dəyişdirilirdisə, onda Zərdab Rayon DSMF tərəfindən arxa tarixlə pensiya təyin edilməsi heç də təəccüblü deyildi.
Məhkəmə iclasında anam bu barədə açıqlama verərək həmin sənədlərin arxa tarixlə verilməsinin Zərdab Rayon İcra Başçısı Lütvəli babayevin göstərişi ilə edilmiyini əsaslandırmışdı. Yoxsa saxta sənəd vermiş Zərdab Rayon İcra orqanlarının nə marağı var idi ki, belə cinayət əməllərinə yol versinlər.
Hakim tərəfindən bu açıqlamadan sonra məhkəmə iclasında Göyçay doğum evinin müdiri barəsində xüsusi qərar da çıxarılacağı bildirilsə də sonradan doğum evinin müdirinin Lütvəli Babayevin vəkilinə və eləcə də hakimə etdiyi xahişdən sonra işə baxan hakim hansısa marağa görə bu fikrindən daşınmışdır? Bununla da hakim əsas cinayətkarları və onları buna sövq edənləri məsuliyyətdən kənarda qoyub anamı, Lütvəlinin qanunsuz hərəkətləri barədə susmadığına görə cəzalandırmışdır.
Hazırda anam Yasamal Rayon Məhkəməsinin hökmündən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir.
Yuxarıda qeyd etdiklərimə əsasən sizdən xahiş edirəm: Yasamal Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, hakim İlahə Abasovanın cəzalanmasına və işin ərazi adiyyatı üzrə məhkəməyə göndərilməsinə köməklik göstərəsiniz.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı qadını həbs etdirdi

    İcra başçısı qadını həbs etdirdi ...

    7-12-2012, 15:31

  • 
  • Zərdabın  icra başçısı Lütvəli Babayev hədəfdə

    Zərdabın icra başçısı Lütvəli Babayev hədəfdə ...

    17-01-2014, 11:27

  • 
  • Lamiyə Quliyeva azadlığa buraxıldı - FOTOLAR

    Lamiyə Quliyeva azadlığa buraxıldı - FOTOLAR ...

    20-02-2015, 22:05

  • 
  • Bacısını qətlə yetirən kişini həbsxanadan kim buraxıb?

    Bacısını qətlə yetirən kişini həbsxanadan kim ...

    23-08-2015, 11:26

  • 
  • Maliyyə Nazirliyi Zərdabda genişmiqyaslı yoxlamalara başladı

    Maliyyə Nazirliyi Zərdabda genişmiqyaslı ...

    2-09-2013, 16:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu