Şeyxin Zərdabdakı adamının kürsüsü laxlayır Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev də hədfə çevrilib. Bildirək ki, uzun müddətdir Zərdabı idarə edən Lütvəli Babayev zaman-zaman yerli mətbuatda bir çox ittihamların hədəfinə çevrilsə də, sonradan himayədarlarının sayəsində qorunmağa müvəffəq oldu. Bu dəfə isə başçının yol üstündə olduğu söylənilir.
Məlumatlara görə, Lütvəli Babayev məhz keçən ilin yekunları ilə bağlı rayon adından verilən maliyyə hesabatlarında yeyinti faktlarının bir nöm rəsmən etiraf olunması səbəbindən hədəfə çevrilib. Bu barədə danışan mənbənin söylədikləri:
«Yerli maliyyə idarəsinin və maliyyə nazirliyinin nümayəndələrindən birinin (ona bunun müqabilində külli miqdarda pul verilib) iştirakı ilə hazırlanan büdcə xərcləmələri ilə bağlı maliyyə hesabatı sənədində etiraf olunan korrupsiya faktına görə Lütvəli Babayevə qarşı hətta cinayət işi də açıla bilər».
Mənbə iddia edir ki, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin kurasiyası altında olan Babayev yaxşı bilir ki, vəzifəsindən alınacağı təqdirdə onun tək itirdiyi Zərdab RİH rəhbəri kürsüsü olmayacaq: «Onunla yanaşı, həm də qardaşı belə təhlükə ilə üz-üzə qalacaq. Hər halda, Lütvəli Babayevin Şirvanda axund olan qardaşı ilə bağlı mətbuatda kifayət qədər maraqlı faktlar açıqlanıb».
Qeyd edək ki, yaxın günlərdə bir neçə rayonun icra başçısının vəzifəsindən alınacağı söylənilir. Onların sırasında isə Lütvəli Babayevin də adının yer alması təsadüfi hesab olunmur…
Sorğu
Yeni dizaynımız necədir?