Kənd sakinlərinə məxsus bir neçə evin həyətini su basıb.Ötən gün Quba rayonunda güclü yağış yağması nəticəsində bir sıra problemlər yaranıb. Məlumata görə, kənd sakinlərinə məxsus bir neçə evlərin həyətini su basıb. Sell nəticəsində yollarda hərəkət çətinləşib. Vəlvələçay, Nohurdüzü və Cimiçayda suyun səviyyəsi 20-25 sm artıb. Bu da həmin ərazilərdə xüsusi təhlükəli vəziyyət yaradıb. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun ANS PRESS-ə verdiyi məlumata görə, yağış suları müəyyən çətinliklər yaratsa da, elə bir ciddi problem yoxdur. Hazırda yaranmış çətinliklər aradan qaldırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?