GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda ər-arvadın dələduzluq əməllərinin sensasion təfərrüatı

Bakıda ər-arvadın dələduzluq əməllərinin sensasion təfərrüatı

Tarix: 5-10-2015, 18:39 Bölmə :Ölkə Baxış: 865
Bakıda ər-arvadın dələduzluq əməllərinin sensasion təfərrüatı

Həbsdən müəmmalı şəkildə azadlığa çıxan İlqar Hacıyev və həyat yoldaşı Aynur Hacıyeva yenə də vətəndaşların əmlakını mənimsəməkdədir, hətta qaynının obyektini, kimsəsiz rus qadının evini də fırıldaqla ələ keçiriblər; bu qanunsuz dəstəni himayə edən məmurun kimliyi haqda müdhiş iddialar...
Azərbaycanda səs-küylü dələduzluq faktı ilə bağlı yeni məqamlar ortaya çıxmaqdadır. Belə ki, “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, ər-arvadın yaratdığı cinayətkar qruplaşma ölkədə onlarla vətəndaşa kələk və hədə-qorxu gələrək, onların əmlaklarını mənimsəməkdə davam edirlər. Bu barədə “Gündəm Xəbər” qəzetinə yeni cinayətlərin təfərrüatı açıqlanıb. Əldə etdiyimiz xəbərə görə, söhbət bir müddət əvvəl müəmmalı şəkildə azadlığa çıxan İlqar Hacıyev və onun əməllərini davam etdirən həyat yoldaşı Aynur Hacıyevadan gedir. İ.Hacıyev dələduzluq əməlinə görə 14 il azadlıqdan məhrum edilməsinə baxmayaraq, bu yaxınlarda qəfildən sərbəst buraxılıb. Bunun müəmmalı və sirr dolu səbəbləri məlum deyil. Çünki dələduzluğa görə barəsində hökm oxunanlar nə əfv olunur, nə də şərti azadlığa buraxılır. İ.Hacıyev isə CM-nin bütün maddələrin güc gələrək istəyinə müvəffəq olub. 11 il həbs cəzası alan cinayətkarın isə 3 il sonra azadlığa çıxası yəqin ki, vəkilləri, hakimləri də maraqlandırmalıdır. Görünür, qanunları tapdalayan İ.Hacıyevin arxalandığı qüvvələr var. Əks halda heç bir dələduz belə asanlıqla azadlığa qovuşmazdı. Ardınca azadlığa çıxar-çıxmaz köhnə işinin başına keçib. Məlumatda bildirilir ki, Hacıyevlər yenidən fəaliyyəti gücləndirib. Onlar Bakıda insanları aldatmaqla, fırıldaqçılıq yolları ilə mal-mülklərinə sahiblənməkdədirlər. Hətta iş o yerə çatıb ki, A.Hacıyeva öz qardaşı Vüsal Hacıyevə belə fırıldaq gəlməyə nail olub. O, doğma qardaşı olan Vüsal Hacıyevin obyektini satdırıb. Şikayətçi V.Hacıyevin sözlərinə görə, paytaxtın Süleyman Rəhimov küçəsi, döngə 4, ev 3 ünvanında yerləşən əmlakı əlindən alınıb. Şikayətçi qeyd edib ki, bu qanunsuzluğa yol verən bacısı tanışı olan bir notariusda saxta sənədləşmə ilə məsələni rəsmiləşdirməyə çalışıb. Bacısının və yeznəsinin dələduzluq əməllərinə son qoyulmadığını deyən V.Hacıyev bu qanunsuz dəstənin ifşa olunması üçün hüquqi müstəvidə mübarizə aparır. Əldə etdiyimiz bilgilərə görə, onun növbəti dələduzluq əməli Bakıda yaşayan rus qadınına qarşı olub. Əvvəlcə yaşlı və baxımsız rus qadınını himayəsinə götürüb. Sonra onun qayğısına “qalaraq” mənzilinə yiyələnib. Bildirilir ki, qadın müəmmalı şəkildə dünyasını dəyişib və paytaxtın Zivər bəy Əhmədbəyov küçəsi 45 ünvanında yerləşən ev İ.Hacıyev tərəfindən mənimsənilib. Atasını qocalar evinə qoyan İ.Hacıyevin yaşlı qadına bu “nəzakətli” davranışının səbəbi aydındır. O, heç də yaşlı insana əl tutmaq deyil, əmlakını ələ keçirmək niyyəti ilə bu addımı atıb. Əks halda öz valideynini qocalar evinə atmazdı. Məlumatda bildirilir ki, Hacıyevlərin bu cinayətlərinin sayı statistikadır. Bu dəstənin digər üzvü Elman Bəhlulovdur. O, hazırda həbsdədir. E.Bəhlulov dələduzluqda təqsirləndirilərək həbs olunub. İyulda apelyasiya məhkəməsi olub və hökm qüvvədə saxlanıb. Redaksiyamıza bu məlumatları verən qaynaq vətəndaşları ayıq-sayıq olmağa çağırır. O, Hacıyevlərin toruna hər bir kəsin düşmək ehtimalı olduğunu istisna etmir. Mənbə qeyd edir ki, bu ailənin dələduzluq əməlləri o qədər geniş miqyas alıb, artıq istənilən vətəndaş oxşar aqibəti yaşaya bilər. Məlumatda deyilir ki, İ.Hacıyev vaxtilə keçmiş spiker, hazırda ABŞ-da olan Rəsul Quliyevi hava limanında gəlişini dəstəkləyənlərdən olub. Onun həyat yoldaşı, bu şəbəkənin əsas iştirakçılarından olan Aynur Hacıyeva hazırda Hərbi Hospitalda həkim vəzifəsində işləyir. Qaynağımızın iddialarına görə, bu şəbəkənin himayədarı var. Onlara hami çıxan və bütün törədikləri cinayətləri ört-basdır edən şəxsin rütbəli bir məmur olduğu bildirilir. İddia edilir ki, Ədliyyə Nazirliyində işləyən Ellada Əliyeva bu dəstənin əsas himayəçisidir. Onun Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq İdarəsinin baş məsləhətçisi olduğu vurğulanır. E.Əliyeva vaxtilə Məhkəmə Tibbi Ekspertizanın rəisi vəzifəsində çalışmış İdris Əliyevin qızıdır. Məlumata görə, Hacıyevlər bu gün də vətəndaşları aldatmaq yolu ilə əmlaklarını ələ keçirirlər və onlara E.Əliyevanın sayəsində “gözün üstə qaşın var” deyən yoxdur. Ədliyyə məmurunun sağ əlinin onların üzərində olması bu dələduz şəbəkənin işini davam etdirməyə kömək edir. O da bildirilir ki, heç bir əməlindən çəkinməyən və açıq şəkildə qanunsuzluqla məşğul olan İlqar Hacıyevin çeçenlərlə, o cümlədən olduqca varlı iş adamları ilə işbirliyi var. İlqar Hacıyev təkcə dələduzluq əməllərinə görə məsuliyyətə cəlb olunmayıb. O, qətl törətmək təqsirli bilinib. Belə ki, Qobu qəsəbə sakini, 1973-cü il təvəllüdlü Töhvə Məmmədova tərəfindən sifarişlə qanlı cinayət törədilib. Aparılan istintaqla müəyyən edilib ki, Məmmədova Töhvə Tahir qızı 1954-cü il təvəllüdlü, Şuşa şəhərində anadan olmuş Ağayev Elxan Fəxrəddin oğlu ilə yaxın münasibətlərdə olub. E. Ağayev bundan istifadə edərək mobil telefonu ilə T. Məmmədovanın çılpaq halda erotik pozalarda fotoşəkillərini və videogörüntülərini çəkib. Daha sonra onu şantaj etməyə başlayıb. Buna görə o, E.Ağayevə Qobu qəsəbəsində 3 mərtəbəli ev tikdirib. Son 8 ayda isə Ağayevə hər dəfə 1000-1500 manat olmaqla cəmi 15000 manata qədər pul verib. Lakin E.Ağayev bütün bunlarla kifayətlənməyib. Onu şantaj eləməyə davam edərək, biznes sahəsindəki gəlirlərinin hamısını ona deməməkdə günahlandırıb. Bundan bezən T. Məmmədova E. Ağayevi öldürtmək qərarına gəlib. Bu məqsədlə o, Qasımov Vüqar Tofiq oğlu ilə razılaşıb. V. Qasımov E. Ağayevi öldürtmək İlqar Hacıyevlə görüşüb. O, T. Məmmədovanın sifarişini İ. Hacıyevə çatdırıb. İlqar Hacıyev 25 min manat pulun müqabilində E.Ağayevi öldürməyə razılıq verib. Onlar 25 000 manatın 10 min manatının əvvəlcə verilməsi, 15 min manatının isə E.Ağayev öldürüləndən sonra verilməsi barədə razılığa gəliblər. Beləcə, E.Ağayev Qobu qəsəbəsindəki yeni tikilməkdə olan evinə gəlib. Onu izləyən İ.Hacıyev yaxınlaşaraq qəsəbədə 1 sot torpağın qiymətinin neçəyə olduğunu soruşub. O, bu məsələ ilə bələdiyyələrin məşğul olduğunu söyləyib. E. Ağayev geri dönmək istəyərkən, İ. Hacıyev “Makarov” tipli tapança ilə onu bel nahiyəsindən bir dəfə atəş açaraq, ağır yaralayıb, hadisə yerindən qaçıb. Sonra V. Qasımova zəng edib, öldürdüyünü deyərək, pulun qalanını istəyib. V.Qasımov dərhal T.Məmmədovaya zəng edərək E.Ağayevin öldürüldüyü xəbərini verib.T.Məmmədova E.Ağayevin ölmədiyini, bu işlə əlaqədar qardaşlarının Abşeron Rayon Polis Şöbəsinə gətirildiyini, özünün də orada olduğunu bildirib. Daha sonra İ.Hacıyevin yaşadığı evə qayıdaraq, E.Ağayevin ölmədiyini, ona görə də pulun qalan hissəsinin verilməyəcəyini söyləyib. Xatırladaq ki, Abşeron RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hər üç şəxs yaxalanaraq, istintaqa təhvil verilib. T.Məmmədova və V.Qasımov barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.2.1-ci, İ.Hacıyev isə həmin məcəllənin 29, 120.2.1 və 228.1-ci maddələri ilə cinayət işi açılıb.
Cəfər

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda arvadı ilə birgə dələduzluq edən jurnalist axtarışa verildi

    Bakıda arvadı ilə birgə dələduzluq edən jurnalist ...

    10-01-2014, 17:47

  • 
  • Bakıda həbsdən yeni çıxan kişi arvadını qətlə yetirib

    Bakıda həbsdən yeni çıxan kişi arvadını qətlə ...

    22-11-2014, 20:32

  • 
  • “Kredit qalmaqalı” ilə bağlı müəmmalı gəlişmə

    “Kredit qalmaqalı” ilə bağlı müəmmalı gəlişmə ...

    23-02-2016, 16:20

  • 
  • Bakıda vətəndaşa qarşı 72 min dollarlıq dələduzluq edildi

    Bakıda vətəndaşa qarşı 72 min dollarlıq ...

    8-06-2016, 12:45

  • 
  • Türkiyədə həbsdən çıxan gömrük rəisi Bakıda “istintaqa” çəkilir

    Türkiyədə həbsdən çıxan gömrük rəisi Bakıda ...

    8-07-2014, 12:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu