Sədərək gömrüyünün rəisi, Türkiyədə keçirilən rüşvət əməliyyatlarında həbs olunan və bu günlərdə azadlığa buraxılan Mirməhəmməd Seyidov barədə yeni məlumatlar əldə etmişik. Öətn sayımızda qeyd etmişdik ki, Azərbaycan hakimiyyəti Mirməhəmməd Seyidovun azadlığa buraxılması ilə bağlı çoxsaylı cəhdlər edib. Iddialara görə, Azərbaycan hakimiyyəti ilə Ərdoğan arasında “nurçu məsələsi” tam həllini tapmadığı üçün Seyidovun azadlığa buraxılması mümkün olmayıb. Nəhayət, Azərbaycan hakimiyyəti ölkədə nurçu məktəblərinin bağlanması qərarını verdikdən və bununla da nurçulara sarsıcıdı zərbə vurduqdan sonra Seyidovun azadlığa buraxılması reallaşıb. Iddia olunur ki, Seyidov məhz bu məsələyə görə azadlığa buraxılıb. Dünən əldə etdiyimiz məlumata görə, Mirməhəmməd Seyidovun Istanbul reysi ilə birbaşa Bakıya gətirilməsi də təsadüfi deyil. Məlumatda bildirilir ki, hakimiyyət Mirməhəmməd Seyidovun Türkiyə istintaqçıları tərəfindən sorğu-sual edilən zaman başağrısına səbəb ola biləcək informasiyalar verə bilər. Əslində Mirməhəmməd Seyidovun azadlığa buraxılması üçün cəhdlərin kökündə elə bu dayanırdı. Bildirilir ki, Sədərəyin gömrük rəisi Bakıya “istintaqa” çəkilmək üçün gətirilib. Hakimiyyət Seyidovdan Türkiyədə sorğu-sual edilən zaman nə danışdığı dəqiqliklə öyrənmək istəyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?