GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rəsmi Bakı Etibar Pirverdiyevi yaxın günlərdə yola salacaq

Rəsmi Bakı Etibar Pirverdiyevi yaxın günlərdə yola salacaq

Tarix: 5-04-2014, 13:44 Bölmə :Manşet Baxış: 3 381
Rəsmi Bakı Etibar Pirverdiyevi yaxın günlərdə yola salacaq
“Azərenerji” ASC-də böhranlı vəziyyət yaranıb

Son dövrlərdə gündəmin ən sevimli müzakirələrindən olan hansısa məmurun işdən alınması mövzusunun yeni baş qəhrəmanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevdir. Bir neçə gündür ki, Azərbaycanın işıqlarını istədiyi kimi yandırıb söndürən məmurun vəzifəsi ilə vidalaşacağı söylənilir. “Azərenerji” ASC-nin sədrinin işdən çıxarılması üçün ciddi arqumentlər səsləndirilir. Əslində bu faktlar uzun illərdir ki, ölkə KİV-lərində dönə-dönə işıqlandırılıb. Lakin, deyilənlər özünü doğrultsa, Pirverdiyevin karyerasına son qoyacaq mühüm amillər axtarmaq elə də çətin deyil. Hal-hazırda ASC sədri üçün ən başağrıdıcı vəziyyət Sumqayıt Texnologiyalar Parkında yaranıb. Verilən bilgilərə görə xeyli vaxtdır ki, STP-da işçilərə əmək haqqı verilmədiyi üçün gərginlik hökm sürür. Ümumiyyətlə, son dövrlərdə “Azərenerji” ASC-də ürəkaçan atmosfer müşahidə olunmur. Təşkilatda çox ciddi maliyyə böhranı yaranıb. Bir sıra mətbu orqanlarına sızan məlumatlara əsasən, hətta ASC-də kağız almağa belə vəsait tapılmır. “Azərenerji”də vəziyyəti şirkətin böyük investisiya layihələrini maliyyələşdirməsi ilə əlaqələndirsələr də, ASC-nin iri həcmli kredit borclarının olduğu da diqqət çəkir. Etibar Pirverdiyev çətin duruma düşüb. Hətta “Azərenerji”nin koridorlarında yeni sədrin adını çəkənlər də az deyil. Bir çoxları “Bakıelektrikşəbəkə”nin rəhbəri Baba Rzayevin təyinat əmrini gözlədiyini deyir.
Etibar Pirverdiyevin əleyhinə səsləndirilən əsas arqumentlərdən biri də “Azərenerji”nin AZENCO şirkəti ilə bağladığı müqavilələrdir. AZENCO-nun Pirverdiyevin nəzarətində fəaliyyət göstərməsi bağlanan müqavilələrin şəffaflığını şübhə altına alır. “Azərenerji”-nin bu şirkətlə bağladığı böyük məbləğli müqavilələr nəticəsində külli miqdarda vəsaitin yoxa çıxdığı bildirilir. Təkcə son 6 il ərzində “Azərenerji”-yə 3 milyard dollara yaxın investisiya yatırıldığını nəzərə alsaq ortaya xeyli ciddi rəqəmlər çıxartmaq olar. Məlumdur ki, ASC-nin bütün layihələri məhz AZENCO vasitəsilə həyata keçirilir. Eyni zamanda AZENCO 17 zavodu özündə birləşdirən Sumqayıt Texnologiyalar Parkının da sahibidir. Bu fakt Vergilər Nazirliyinin 6 aprel 2012-ci il məlumatında da öz əksini tapıb. Xüsusi kapitalı 500 milyon dollar təşkil edən AZENCO isə 23 dekabr 2009-cu ildə cəmisi 6,4 milyon manata özəlləşdirilib. Şirkət ölkədə həyata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrin, o cümlədən Dövlət Bayraq Meydanı və digər mühüm obyektlərin tikintisini həyata keçirib.
Beləliklə AZENCO və Sumqayıt Texnologiyalar Parkında yaranan böhranlı şərait “Azərenerji” sədri üçün arzuolunmaz məcraya dönüşüb. Bu şirkətlər qrupunda çalışan 8 mindən çox işçinin əmək haqqı almasında problemlər yaranıb və bu barədə KİV-lərdə yetərincə məlumatlar yer alıb. Bir müddət öncə isə “Azərenerji” sistemində çalışan əməkdaşlar arasında ixtisarlar aparılmış, işçilər məcburi qaydada məzuniyyətə göndərilmişdi. Amma, yaranmış böhran hələ ki, həllini tapmadığı üçün əsas günahkar kimi Etibar Pirverdiyev hədəfə alınıb. Büdcədən səxavətlə vəsait almasına baxmayaraq ölkənin enerji sistemində hələ də kəskin problemlər hökm sürür. Bu qış bir neçə gün davam edən şaxtalı və küləkli hava şəraitində paytaxt ətrafında yerləşən yaşayış məntəqələrində günlərlə elektrik enerjisinin verilməsində fasilələrin yaranması prezident səviyyəsində tənqid olunmuşdu. “Azərenerji”-nin yarıtmaz fəaliyyəti bir neçə dəfə parlamentdə də müzakirə obyekti olub. Lakin, hər dəfə tənqidlərdən salamat qurtara bilən Pirverdiyev vəzifə kürsüsünün təhlükəsizliyini təmin edə bilirdi.
Etibar Pirverdiyevin üzləşdiyi digər bir arqument isə “Azərenerji” ASC-də hökm sürən qohumbazlıq və tayfabazlıqdır. Bildirilir ki, məsələ artıq ən yüksək dairələrin də diqqətini çəkib. Şirkətdə ən mühüm postlara Pirverdiyevin yaxınlarının sahiblənməsi narazılıqla qarşılanıb.
“Azərenerji”-də bütün işləri qaynı Kərim Xammətov vasitəsilə həyata keçirən ASC sədri burada yaxınlarından ibarət nəzarət piramidası formalaşdırıb. Şirkətdə digər bir mühüm fiqur isə Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyevdir. Daha çox “Azərenerji”-də kadr işlərinə baxdığı bildirilən V.Pirverdiyevin istəyi olmadan heç kim şirkətə qəbul oluna və yaxud azad edilə bilməz. Vüqar həm də “Azərenerji”-ni elektrik avadanlıqları ilə təmin edən şirkətin də rəhbəridir. Baş verən alqı-satqı əməliyyatlarında qardaşlıq hisslərinin az rol oynamadığı bildirilir. Məlumatlara görə artıq qardaşlar arasında aparılan əməliyyatlar lazımi dairələrin diqqətinə düşüb və ilkin araşdırmalara başlanılıb.
Hər halda vəziyyət heç də “Azərenerji”-nin sədri üçün istənilən durumda deyil. Yaranmış şəraitdə böhranın davam etməsi isə onu daha çıxılmaz situasiya ilə üz-üzə qoyub. Məlumatlı mənbələr Etibar Pirverdiyevin çətin durumdan daha az itki ilə çıxmaq yönündə çalışdığını, heç olmazsa sərvətini xilas etmək istədiyini bildirirlər. Son qərarın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərenerji” də maaşlar gecikdirilir...

    “Azərenerji” də maaşlar gecikdirilir... ...

    7-10-2015, 00:30

  • 
  • Etibar Pirverdiyevin “qələmi qırıldı”

    Etibar Pirverdiyevin “qələmi qırıldı” ...

    13-04-2014, 12:43

  • 
  • Etibar Pirverdiyev 2.4 milyona villa alıb

    Etibar Pirverdiyev 2.4 milyona villa alıb ...

    14-05-2014, 10:56

  • 
  • Daha iki iri məmur quda oldu

    Daha iki iri məmur quda oldu ...

    10-09-2013, 14:29

  • 
  • Etibar Pirverdiyev niyə maaş verə bilmir? - İşçilər şikayətçidir

    Etibar Pirverdiyev niyə maaş verə bilmir? - ...

    16-10-2015, 14:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu