“Sumqayıt Texnologiyalar Parkı” “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevdən alınır. Məlumata əsasən, artıq Hesablama Palatası zavodda yoxlamalara start verib. Yoxlamalara səbəb zavodda baş verən böhran və 2014-cü ildən STP-də işçilərin əmək haqlarının gecikməsi olub. Bildirilir ki, az miqdarda maaş almalarına baxmayaraq, işçilərin maaşlarının gecikməsi artıq ciddi qalmaqal yaradıb. Məlumat verən mənbənin sözlərinə görə, maaşların gecikməsinə səbəb işçilərin pullarının Etibar Pirverdiyev tərəfindən şəxsi bankı olduğu iddia edilən “Azəriqazbank”da dövriyyəyə buraxmasıdır. Mənbənin məlumatına görə, bir neçə gündür ki, STP-də Hesablama Palatası tərəfindən audit yoxlamaları davam edir. Auditlər zavodun bütün maliyyə sistemini, gəlir-çıxarlarını araşdırdıqdan sonra yuxarı dairələrə məlumat veriblər. Məlumatda iddia olunur ki, Etibar Pirverdiyevin yerinə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev gətiriləcək. Artıq bununla razılıq da əldə olunub. Həmçinin, STP-də çoxlu yeyinti faktlarının üzə çıxdığı, bununla bağlı maxinasiyaların iştirakçısı olan şəxslərin vəzifələrindən çıxarıldığı iddia olunur. Məlumatda o da bildirilir ki, zavodun direktoru Etibar Piriverdiyevin yaxın qohumlarından biri - xalası oğludur. Qeyd edək ki, Vergilər Nazirliyi 2012-ci ilin mayında “Sumqayıt texnologiyalar parkı” (STP) MMC-ni qeydiyyata alıb. Onu “Azenco Group” MMC təsis edib. Rəsmi məlumatlarda bildirilir ki, MMC-nin nizamnamə kapitalı 1000 manatdır. Texnopark rəsmən 2000-ci illərin ortalarından “AzerEnerji“ ASC-nin struktur şöbəsi kimi fəaliyyət göstərib. Onu heç də şəffaf şəkildə özəlləşdirməyiblər. STP-nin “Azenco”dan ayrılması qərarı səhmdarların ümumi yığıncağında qəbul edilib. STP ən sürətlə inkişaf edən biznes strukturlardandır. STP-yə 17 elektroenergetika, maşınqayırma və s. zavodları daxildir. Qeyd edək ki, STP-yə ölkə başçısı İlham Əliyev bir neçə dəfə baş çəkib. Ancaq onu STP və ya Azenco rəhbərləri yox, “AzərEnerji” prezidenti Etibar Pirverdiyev müşayiət edib. Bu da zavodun Etibar Pirverdiyevin nəzarətində olduğunu təsdiq edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?