APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 221 km-də - Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1986-cı il təvəllüdlü Elşən Hacıyevin idarə etdiyi "Mercedes Vita" markalı mikroavtobusla 1961-ci il təvəllüdlü Yaqub Xeyxəbərovun idarə etdiyi "İsuzu" markalı yük maşını toqquşub.
Nəticədə mikroavtobusada olan sərnişinlər - Ucar rayon sakinləri, 51 yaşlı Mələk Hüseynova, 17 yaşlı Mehriban Səfərova, 7 yaşlı Azər Səfərov, 14 yaşlı Günel Səfərli Ucar rayon mərkəzi xəstəxanasına, 37 yaşlı Şəfiqə İslamova və onun həyat yoldaşı, 45 yaşlı İlqar İslamov müxtəlif bədən xəsarətləri alıblkar.
Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, vəziyyətləri orta ağır qiymətləndirilir.
İlkin versiyaya görə, qəzaya səbəb mikroavtovusun dönmə əməliyyatının düzgün yerinə yetirməməsi göstərilir.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və tədqiqat şöbəsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?