GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanın “toy oliqarxları” – Hansı şadlıq evi kimindir?

Azərbaycanın “toy oliqarxları” – Hansı şadlıq evi kimindir?

Tarix: 9-10-2015, 19:28 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanın “toy oliqarxları” – Hansı şadlıq evi kimindir?

Hakimiyyətdə təmsil olunan yüksək çinli məmurların – nazirlərin, komitə sədrlərinin, onların müavinlərinin, həmçinin deputatların bizneslə məşğul olması çoxdan müzakirə mövzusudur. Qanunvericiliyin onlara biznes fəaliyyəti qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur və ya deputat cəzalandırılmayıb, əksinə, onlar biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar. Elə illik yüz milyonlarla manatın dövr etdiyi, bəzi hesablamalara görə isə hətta 1 milyard manatın üzərinə çıxdığı bildirilən “toy biznesi”ndə də durum fərqli deyil. Qaynar.info-nun araşdırması göstərir ki, Azərbaycanın məşhur şadlıq saraylarının arxasında əsasən iri məmurlar və millət vəkilləri dayanırlar. Həmin şadlıq saraylarını ya onların ailə üzvləri və digər yaxınları idarə edir, ya da bu cür obyektləri müəyyən iş adamları ilə şəriklik müqabilində himayə olunurlar. İndi sizə həmin araşdırmamızı təqdim edirik. İki il əvvəl yayılan məlumatda deyilirdi ki, deputat Əliağa Hüseynov Yasamaldakı xəstəxanaların birinin həyətində restoran və şadlıq evinin açılışını edib. Bildirilirdi ki həmini şadlıq evi və restoran Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun "20 Yanvar" stansiyasının yanında yerləşir. Obyekt iki hissədən - "Atlantis" şadlıq sarayı və Adanalı Hasan Kolcuoğlu restoranından ibarətdir. Generalın şəriki isə Türkiyə vətəndaşıdır. Əliağa Hüseynov şadlıq evini təmtəraqlı mərasimlə açmışdı. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə xüsusi dəvətnamə göndərilib. Özü də Milli Məclisin xüsusi zərflərində! Dəvətlilər arasında isə Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurları, deputatlar və iş adamları olub. Onların bir çoxu açılışa qatılıb. Saat 19.30-da başlayan mərasim gecə yarısınadək davam edib. Sonradan isə Ə.Hüseynov açıqlamasında deyib ki, şadlıq evi və restoran oğluna məxsusdur. Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmovun adı da bizneslə məşğul olan parlamentarilər sırasındadır. Qeyri-rəsmi məlumatlara görə, Bakıda fəaliyyət göstərən məşhur “Mona Liza” şadlıq sarayı məhz bu rektor-deputata məxsusdur. Tbilisi prospektində yerləşən “Karvan” şadlıq sarayının isə qeyri-rəsmi şəkildə nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir. O da maraqlıdır ki, Nəqliyyat Nazirliyi və “Karvan” şadlıq sarayı bir-birinə yaxın yerləşir. Hər ikisinin binasının təxminən eyni vaxtda inşa olunması da “Karvan”ın Z. Məmmədova məxsusluğu ehtimalını qüvvətləndirir. Onu da deyək ki, 2010-cu ildə bu restorandan 500 min manat oğurlanmış və “Karvan”ın nəqliyyat nazirinə aid olduğu mətbuatda ilk dəfə həmin vaxt yazılmışdı. Bakının ən məşhur şadlıq evlərindən biri – “Sarı gəlin” isə Sabunçu rayonunun icra başçısı Adil Vəliyevindir. Vəliyev özü 2012-ci ildə, icra başçısı təyinatı aldıqdan sonra mətbuata açıqlamasında bunu təsdiq etmişdi. Sitat: ““Porshe” Bakı Mərkəzi və “Sarı gəlin” şadlıq evi barədə səslənən ittihamlara da cavab verdi: ”Sarı gəlin" restoranı icra başçısı təyin olunana qədər mənim olub. İşimi yüksək səviyyədə qura bildiyimi görüblər, etimad göstəriblər və icra başçısı təyin olunmuşam. Hazırda dövlət qulluğunda işlədiyim üçün həmin biznesim oğluma həvalə olunub. Sahibkarlıq fəaliyyətini oğlum davam etdirir...” Nizami rayonunda yerləşən «Planet» şadlıq sarayı isə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova məxsusdur. Belə ki, bu şadlıq evini idarəçiliyini ölkənin baş bankirinin qardaşı Talıb Rüstəmovun həyata keçirdiyi deyilir. Qeyd edək ki, ötən il Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə şadlıq sarayı arasında problem yaranmışdı. Belə ki, icra hakimiyyətinin rəsmiləri şadlıq evinin bir hissəsinin plana düşdüyündən söküləcəyini bildirmişdilər. Məhz Elman Rüstəmovun müdaxiləsindən sonra yerli icra hakimiyyəti «Planet»i sökmək niyyətindən daşınmalı oldu. Bu ilin fevralında Neftçala rayonunun Dördlər kəndində yerləşən “Dördlər” şadlıq sarayının tavanının iki gün yağan güclü qarın ağırlığına tab gətirməyərək çökdüyü xəbəri geniş rezonans doğurdu. Xəbərdə bildirilirdi ki, bu şadlıq sarayı deputat Fəzail Ağamalıya məxsusdur. Paytaxtın Nəsimi rayonunun sabiq icra başçısı, hazırda isə YAP-ın siyahısından deputatlığa namizəd Nəsib Məhəməliyevin isə yaxın vaxtlaradək rəhbəri olduğu rayonun 20 yanvar küçəsində, “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri olduğu heç kimə sirr deyil. Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov isə icra başçısı olduğu Şirvan şəhərində “Leyla” şadlıq sarayı açıb. Yavər Camalovun özü isə qeyri-rəsmi şəkildə Bakının iki məşhur şadlıq sarayının – “Kral” və “Qızıl Tac”ın sahibidir. Bu ilin avqustunda Şabran rayonunda keçirilən toy mərasimində şadlıq evinə borclu qaldığı üçün toy sahibinin qayınanasını girov saxlayan obyektin yiyəsi kimi isə rayonun icra başçısı Novruz Novruzov göstərilmişdi. Bildirilirdi ki, “Savalan” adlı həmin şadlıq evini onun oğlu Hacı Ruslan idarə edir. N. Novruzovun eyni adda Bakı və Sumqayıtda da şadlıq evlərinin olduğu deyilir. Bu məlumat icra başçısı və ətrafı tərəfindən təsdiqlənməsə də, təkzib də olunmayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakının məşhur şadlıq sarayında toy yasa döndü

    Bakının məşhur şadlıq sarayında toy yasa döndü ...

    1-09-2015, 14:26

  • 
  • Şadlıq sarayları toy xəbərini eşidən kimi qiymətləri QALDIRDI

    Şadlıq sarayları toy xəbərini eşidən kimi ...

    24-05-2021, 16:04

  • 
  • General oğluna toy etdi

    General oğluna toy etdi ...

    9-01-2014, 13:30

  • 
  • General Əli Nağıyevin restoran biznesi

    General Əli Nağıyevin restoran biznesi ...

    10-06-2013, 12:51

  • 
  • Kremlə yaxın oliqarx Telman İsmayılovun məşhur şadlıq sarayına göz dikib

    Kremlə yaxın oliqarx Telman İsmayılovun məşhur ...

    27-04-2018, 13:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu