“İnsest (yaxın qohumlar arasında cinsi əlaqə), döyülmək, təzyiqdən İstanbula qaçıb gələn azyaşlı qızların çoxu 14-18 yaş arasındadır. Amma təəssüflə qeyd etmək lazımdır ki, onların arasında daha kiçik- 10-11 yaşında olanlar da var.
Sayları dəqiq bilinməyən bu azyaşlı qızlar şəhərin arxa küçələrində qalacaq bir yer, yemək, pul və narkotik üçün bədənlərini satırlar”. İstanbulda 18 yaşından kiçik qız uşaqlarının "seks işçisi" kimi istifadə olunması haqqında ilk sosial araşdırmanı həyata keçirən Güliz Egrinsoy və onun araşdırmasına əsasən kitab hazırlayan professor, doktor Esin Küntayın kitabında bu barədə məlumat yer alıb.
Küntayın açıqlamasına görə, bu uşaqlar əsas üç istiqamətdə - müğənni və rəqqasə olaraq diskotekalarda, masaj salonlarında və küçələrdə xidmət göstərirlər. Əsasən yay aylarında İstanbuldan Ankara, İzmir, Antalya, Bursa, Alanya və başqa şəhərlərə gedir və bir müddət qalıb qayıdırlar. "Bu qızların çoxunun qaçış səbəbi döyülmək və insestdir. Çox zaman sevgililəri tərəfindən də aldadılırlar. Namusla bakirəlik o qədər bir-birinə bağlıdır ki, bakirəliklərini itirdiklərində iki yolları qalır. Ya özlərini öldürməyə məcbur olur, ya da qaçırlar. Çox zaman ikinciyə üstünlük verirlər. İstanbulda bunları qoruyan yaşı daha çox, onlardan əvvəl bu yola düşmüş qadınlar var. Aralarında narkotik istifadəçiləri də var, ən təhlükəlisi isə qadağan olunmuş dərmanlardır. O dərmanları istifadə edən qızlar özlərini itirirlər və dərmanın təsiri ilə özlərinə zərər yetirirlər", - deyə professor bildirib.
"Çarəsi isə bu probemi olduğu kimi qəbul etmək və siyasi müstəvidə bunu müzakirə etmək, büdcədən pul ayırmaq, araşdırmalara rəsmi icazə verməkdir" deyən Küntay öz düşüncələrini dilə gətirib.
Hazırda İstanbulda altı uşaq evi var ki, bu evlərdə yüzlərlə cinsi istismara məruz qalmış qızlar yaşayır. Ailə və Sosial Siyasətlər Nazirliyi belə qızları illərdir bu evlərdə saxlamağa çalışır. Bu evlərə polis yoxlamaları zamanı gətirilənlər də var, öz istəkləri ilə gələnlər də. Aralarında küçələrə, köhnə həyatına qayıdanlar da var, iş, sənət sahibi olanlar da. "Bu uşaq evlərində açıq qapı və inandırmaq sistemi var. Əgər qızlar burada zorla saxlansalar qaçarlar. Bəzən gələn qızlar bir gecə qaldıqdan sonra gedirlər. Sonra geri qayıdanlar çox olur. Çünki burada yaşamaq üçün onlardan hansısa bir qarşılıq gözlənilmir. Onlarda özlərinə inam hissi yaratmağa çalışırıq. Bundan sonra qızlar məktəbə gedirlər. Aralarında universitet oxuyanlar, ailələrinin yanına qayıdanlar, ərə gedənlər var", deyə uşaq evlərindən birinin direktoru bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?