Ukraynanın Donetsk vilayətində azərbaycanlı iş adamı, keçmiş dövlət məmuru separatçılar tərəfindən avtomobilində partladılaraq öldürülüb.
Donetsk Vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, öldürülən şəxs 1954-cü il təvəllüdlü Ukrayna vətəndaşı Mamedov Oleq Nəsib oğludur.
O. Mamedov oktyabrın 7-də axşam saatlarında Donetsk vilayəti ərazisindəki şosse yolunda şəxsi avtomobili ilə hərəkət edərkən qumbaraatanla atəşə tutulub. Avtomobilin partlaması nəticəsində o həlak olub. Onun meyidi Ukrayna əsgərlərinin müşayiəti ilə ərazidən çıxarılıb və Donetsk şəhəri ətrafında dəfn olunub.
O. Mamedov 1980-90-cı illərdə Luqansk vilayətində kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb, son dövrlər isə şəxsi biznesi ilə məşğul imiş.
Sorğu
Yeni dizaynımız necədir?