Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.
Luqansk vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.
Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.
Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.
Xatırladaq ki, Bryankovsk rayonu separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətindədir./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?